Buraxılış imtahanında sual kitabçaları abituriyentlərə veriləcək?-DİM rəsmisi cavabladı

Buraxılış imtahanında sual kitabçaları abituriyentlərə veriləcək?-DİM rəsmisi cavabladı

Martın 5-dən buraxılış imtahanlarına start veriləcək. Bəs sual kitabçaları abituriyentlərə veriləcəkmi?

AzEdu.az xəbər verir ki,DİM-in sektor müdiri Xanlar Xanlarzadə bu sualı belə cavablandırıb:

“Sual kitabçalarının imtahandan sonra iştirakçılara verilməməsinin müxtəlif səbəbləri var. İlk növbədə dünya təcrübəsində də kitabçaların imtahan verənlərə paylanılması nümunəsinə demək olar ki, rast gəlinmir. Həmin materiallar daha çox təşkilatın intellektual mülkiyyəti hesab olunur. Test tapşırıqlarının hazırlanmasına kifayət qədər vəsait və əmək sərf olunur”.

“Suallar müxtəlif imtahanlarda istifadə edilir”

“Bu iş göründüyü kimi sadə deyil. İmtahanda hər bir test tapşırığının biliyin qiymətləndirilməsində oynadığı rol da təhlil edilir və bütün bunlar onun pasportuna yazılır. Bu tapşırıqların bəzilərinin uzun müddət keçdikdən sonra müxtəlif imtahanlarda istifadə edilməsi də istisna edilmir. Ona görə də tapşırıqları mühafizə etmək zərurəti meydana çıxır və kütləvi yayılması məqsədəuyğun hesab olunmur”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed