"Buraxılış"da dinləmə mətnləriylə bağlı şagirdlərə hansı şəraitlər yaradılır? -DETALLAR

Buraxılış

Gələn ay keçiriəcək buraxılış imtahanlarında xarici dil fənni üzrə dinləmə mətnləri səsləndirilir.

AzEdu.az-axəbər verir ki, buraxılış imtahanlarında dinləmə mətnlərinə aid tapşırıqların cavablandırılması üçün şagirdlərə zəruri şərait yaradılacaq.

İmtahan otağında dinləmə mətni xüsusi qurğu vasitəsilə iki dəfə səsləndiriləcək. Səsləndirmə ümumi olacaq və tapşırıq zamanı şagirdlərin qulaqcıqdan istifadəsi nəzərdə tutulmayıb. Sualların rahat şəkildə cavablandırılması üçün imtahan zamanı zalda sakitlik təmin olunacaq.

Mətnlərin səviyyəsi DİM-in elan etdiyi audio nümunələrin səviyyəsinə uyğun tərtib olunacaq. Mətn səsləndirilərkən şagirdlərə qeyd aparılmasına icazə veriləcək.

Buraxılış imtahanlarında səhv cavabların sayı doğru cavablara təsir etmir. Yəni, səhv düzü aparmır.

Məktəblərin əksəriyyətində “listening”in tədris olunmamasıyla bağlı narazılıqlara DİM tərəfindən aydınlıq gətirilərək bildirilib ki, imtahanlar kurikulum standartlarıyla tərtib olunur və “listening”-də kurikulumun əsas tələblərindəndir.

Xatırladaq ki, dinləmə mətnlərinin həcmi 1 dəqiqədən ibarət olacaq. Şagirdlərə xarici dil fənnindən təqdim olunan 15 sualdan 6-sı dinləmə mətni əsasında tərtib olunacaq. Dinləmə mətnləri həm IX, həm XI sinif buraxılış imtahanlarına əlavə olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed