Cəlilabadda 2 500 yaşı olan daş salnamə tapılıb

Cəlilabadda 2 500 yaşı olan daş salnamə tapılıb

Cəlilabad rayonunun Şatırlı kəndindəki meşəlik ərazidə 2 500 yaşı olan daş salnamə tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, tapılan yazılı nümunə illərdir ki, kimsənin diqqətini cəlb etməyib.

Lakin tarixçi Elşad Əmənov sal daşın üzərindəki işarələri araşdırdıqdan sonra məlum olub ki, bu, əslində adi daş yox, e.ə. V əsrə aid olan yazılı nümunədir.

Tarixçi E.Əmənov "Report"un yerli bürosuna deyib ki, Runik qrafikası ilə yazılmış daş salnamə 14 işarədən ibarətdir.

Tarixçinin sözlərinə görə, bu yazı növü 3 800 il bundan əvvəl yaranıb və müxtəlif xalqlar öz mədəniyyətlərini gələcək nəsillərə ötürmək üçün uzun müddət məhz bu əlifbadan istifadə ediblər: "Eramızdan əvvəl V əsrə aid olduğu bildirilən yazılı nümunədən bir neçə yüz metr kənarda qədim yaşayış məskəni mövcuddur. Daş üzərindəki işarələr səs düzülüşünə görə Mingəçevir abidələri ilə oxşarlıq təşkil edir".

Qeyd edək ki, buradakı şərti işarələrə Şimali Qafqaz, Altay, Urmiya və Ön Asiyada da rast gəlinir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed