Cəlilabadda modul tipli məktəbin tikinti işləri yekunlaşmaq üzrədir

Cəlilabadda modul tipli məktəbin tikinti işləri yekunlaşmaq üzrədir

Cəlilabad rayonunun Sarxanlı kəndində inşa edilən məktəb binasında son tamamlanma işləri görülür.

"Report"un Muğan bürosu xəbər verir ki, binaya istilik sistemi, elektrik və su xətləri çəkilib.

Həyata keçirilən işlər çərçivəsində məktəbin həyətində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq və yerə asfalt örtük döşənəcəkdir.

Kənd sakinləri onlara göstərilən qayğıya və müraciətlərinə həssazlıqla baxılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, yeni modul tipli məktəb binası Prezident İlham Əliyevin 2022-ci il 19 sentyabr tarixli Sərəncamına əsasən tikilir. 96 şagird yerlik məktəb on iki sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed