Coğrafiya dərsliklərinin məzmunu müzakirə edilib

Coğrafiya dərsliklərinin məzmunu müzakirə edilib

Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

MərkəzdənAZƏRTAC-a bildirilib ki, coğrafiya fənni üzrə işçi qrupunun iclasında ümumi təhsil müəssisələrində qüvvədə olan 6-11-ci sinif dərsliklərinin məzmunu müzakirə edilib. Müzakirə zamanı dərsliklərin Azərbaycan və rus dillərində olan variantları müqayisə edilib, tərcümənin üst-üstə düşməsi, faktların dəqiqliyi yoxlanılıb. Nəticədə xidməti istifadə üçün tövsiyə hazırlanıb. Həmin tövsiyə qəbul imtahanı üçün sual kitabçalarının formalaşdırılmasında və test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.

Riyaziyyat fənni üzrə işçi qrupunun iclasında isə fevralın 12-də sınaq imtahanında istifadə olunmuş tapşırıqların çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluğu məsələsi müzakirə edilib.

Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı təkliflər verilib.

Növbəti həftə müzakirələr davam etdiriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed