Coğrafiya İnstitutunun əməkdaşı qazaxıstanlı şagirdlərə açıq dərs keçib

Coğrafiya İnstitutunun əməkdaşı qazaxıstanlı şagirdlərə açıq dərs keçib

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kiçik elmi işçisi Bəyimxanım Hüseynova Qazaxıstan Respublikasının “Zhana-Gasyr” 175 saylı məktəb-gimnaziyasının şagirdlərinə “Urbanizasiya qlobal fenomen kimi” mövzusunda onlayn açıq dərs keçib.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, B.Hüseynova şagirdlərə urbanizasiya anlayışını, dünyada urbanizasiyalaşma prosesini, urbanizasiyanın üstün və mənfi tərəfləri haqqında ümumi məlumat verib, Azərbaycanda və Qazaxıstanda urbanizasiyanın müasir problemləri haqqında danışıb.

Sonda məktəblilərlə interaktiv oyun keçirən elmi işçi şagirdlərin mövzu ilə bağlı suallarını cavablandırıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed