Dəmir Yumruğun təntənəsi

Dəmir Yumruğun  təntənəsi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Vətən sənə canım fəda” layihəsi uğurla davam etdirilir. Layihənin fəaliyyət planına uyğun olaraq Sentyabrın 20-də Bakı şəhərində yaradılmış Hərbi Qənimətlər Parkında “Dəmir Yumruğun təntənəsi” adlı ədəbi-bədii görüş keçirilb.

Tədbirə Abşeron Rayonunundan start verilib. Mehdiabad qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdən başlanan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi sükutla anılıb. Sonra Məktəbin direktoru Afət Camalova tədbir iştirakçılarının diqqətini son günlər işğaldan azad edilmiş ərazilərlə düşmənin təmas xəttində baş vermiş hadisələrə cəlb edib. Bildirib ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin törətdikləri təxribata rəşadətli Azərbaycan Ordusu uğurlu hərbi əməlliyatla layiqli cavab verib. Bu gün parta arxasında əyləşən məktəblilərimizin sabah səngərlərdə vətənimizin keşiyini çəkəcəklərini xatırladaraq, yeni dərs ilində onlara bir daha uğurlar arzulayıb. Vətənə layiqli övlad olacaqlarına əminliyini diqqətə çatdırıb.

Layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu Vətən müharibəsində zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu hərbi-taktiki manevrlərdən, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq davasında yanımıza çəkmək üçün diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrini Azərbaycanın haqq səsini yaymağa necə səfərbər etməsindən danışıb. XX əsrdə xalqımızın kütləvi terror və qanlı soyqırımlarına məruz qalması, kənd və yer adlarımızı dəyişən erməni vandallarının əcdadlarımızın yaratdığı tarixi abidələri, məscidləri, qalaları dağıdaraq izini itirmələri barədə gənc nəsli məlumatlandırıb. 44 günlük Vətən Müharibəsində erməni faşizminin məğlubiyyəti nəticəsində yaranmış hərbi-siyasi vəziyyəti təhlil edib.

Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsindəki zəfər insanlarımızın 1988-ci il deportasiyasından, Xocalı soyqırımından sonra itirilmiş inamını özünə qaytardı. Ali Baş Komandana, rəşadətli Azərbaycan ordusuna güvəni qat-qat artırdı. Azərbaycan cəmiyyətini, respublikada fəaliyyət göstərən siyasi partiyaları və diaspor təşkilatlarını Prezident İlham Əliyevin ətrafında sıx birləşdirdi. Odlar yurdunda doğulan hər kəs, milliyətindən asılı olmayaraq Vətən dardadı,- deyib ayağa qalxdı. Hərbi səfərbərlik elan olunmadan minlərlə Azərbaycan gənci könüllü olaraq erməni işğalçılarına qarşı döyüşmək üçün cəbhəyə getdi. Bu həmrəylik, bu tarixi birlik, 30 ildə haqqında mif yaradılmış ordusunun darmadağın edilməsi erməni cəmiyyətini şoka saldı. On min erməni əsgəri fərarilik edib ordudan qaçdı. “Dəmir Yumruq” düşmənin başını əzə-əzə qartallı qayalardan Şuşa Qalasına “Zəfər Yolu” açdı. Zəfər sayəsində şəhidlərimizin intiqamı alındı, girovlarımız azad olundu, toplu məzarlarımız aşkarlandı. Qaçqınlarımızın yurd həsrətinə son qoyuldu. Nəhayət Böyük qayıdışa start verildi.19 iyul 2022-ci il tarixdə Şərqi Zəngəzurun Ağalı kənd sakinlərinin ilk qrupu yurda qayıtdı. Qarabağın yeni növrağı başlandı.

Dəmir Yumruğun əzmi zaman-zaman doğma ocağından didərgin salınmış Qərbi azərbaycanlı soydaşlarımızın bir Zəfər dastanının da o yerlərdə yazılacağına inamını gücləndirdi.

Tarixçi müəllim, “Ordum.az” informasiya portalının redaktoru Siyavuş Əmirli Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixində başlanan cəbhəboyu təxribatlara əkshücumla göstərdiyi həmlələrdən söz açıb. Qeyd edib ki, ordumuz qısa müddətdə 300-dən çox şəhər və kəndimizi döyüş meydanında azad etdi. Eyforiyaya qapılmış ermənistan ordusunun onurxa sütunu isə Şuşa uğrunda gedən əlbəyaxa döyüşdə qırıldı. Məğlub ordusunu tamamilə məhv olmaqdan xilas etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Nəticədə Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissələrini döyüşsüz geri aldıq. Bu uğurlardan sonra Dekabrın 10-da Bakının Azadlıq Meydanında Qələbə Paradıkeçirildi. Azərbaycanın qələbəsi şərəfinə keçirilən tarixi hərbi paradda 3000 Azərbaycan əsgəri və zabitiilə yanaşı türkiyənin əsgər və zabitləri də iştirak etdilər. Paradı Ali Baş Komandanİlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuşTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanqəbul etdi. Bu qürurverici məqamlardan sonra-12 aprel 2021-ci ildə isə Bakıda düşmənə göz dağı verən Hərbi Qənimətlər Parkı açıldı.

Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin hərbi-rəhbəri, baş leytenant Hidayət Nağıyev 44 günlük müharibədə silahlı qüvvələrimizin məhv etdiyi və düşməndən qənimət götürdüyü, Hərbi Qənimətlər Parkında sərgilənən hərbi texnikalar barədə məlumat verib. Bildirib ki, döyüş meydanında düşmənin məhv edilən canlı qüvvəsilə bərabər 125 artilleriya topu, 366 tankı, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını, digər texnikaları məhv edilib və qənimət kimi götürülüb.

Tədbirin rəsmi hissəsindən sonra məktəbli gənclərə”Vətən sənə canım fəda” layihəsi çərçivəsində hazırlanmış “Zəfərdən- zəfərə” adlı buklet və Tamxil Ziyəddinoğlunun “Güllə səsinə açılan qapı” kitabı hədiyyə edilib. Daha sonra layihə iştirakçıları Azərbaycan himninin sədaları altında Hərbi Qənimətlər parkına ekskursiyaya yollanıblar.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed