Dendrologiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib
Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Hoca Əhməd Yəsəvi adına VII beynəlxalq elmi tədqiqatlar konfransı keçirilib.
AMEA-danAZƏRTAC-a bildirilib ki, hibrid formatda dünyanın 20 ölkəsinin ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından akademik heyət üzvləri və alimlərin iştirakı ilə keçirilən konfransda Dendrologiya İnstitutunun elmi işçisi Sona Qulizadə “Azərbaycanda iqlim dəyişkənliyinin meşə təsərrüfatına təsirinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi XX əsrdə antropogen amillərin təsirindən Böyük və Kiçik Qafqaz meşə ekosistemlərində Pinus eldarica, Carpinus betulus L.Quercus castaneifolia C.A.Mey bitki növlərinin keçdiyi tarixi inkişaf yoluna, ağacların potensial artımına təsir göstərən amillər haqqında aparılan tədqiqat işlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.