Dərslərin başlama saatları dəyişdi

Dərslərin başlama saatları dəyişdi
Pandemiya dövründə yeni təhsil ilinin başlaması qərarından sonra valideynləri ən çox düşündürən dərslərin vaxtının dəyişdirilib, dəyişdirilməyəcəyi ilə bağlı məsələdir. Mövcud vəziyyəti vəkarantin qaydalarına əməl edilməyəcəyi təqdirdə yoluxma ehtimalının artacağınınəzərə alsaq, yeni tədris ilində dərslərin başlaması vaxtının nə qədər əhəmiyyət daşıdığını anlamaq çətin deyil.

Milli.Az bu məqsədlə təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib:

"Mövcud vəziyyətdə dərslərin başlaması üçün ən optimal vaxt 09:00-dan 13:00-a qədər və yaxud da 10:00-dan 14:00-a qədər olmalıdır. Səhər çağları müxtəlif sahələrdə çalışan insanların işə getmək məsələsi var. Onlar ictimai nəqliyyatdan istifadə etdikləri zaman şagirdlər də eyni nəqliyyat vasitələri ilə dərsə getdikləri zaman yoluxma riski ola bilər. Ona görə də iş vaxtından bir qədər sonraya dərslərin başlaması daha məqsədəuyğun hesaboluna bilər.

Biz günorta növbəsini də nəzərə alsaq, 14:00-dan 18:00-a qədər dərslər keçirilə bilər. Təbii ki, bu yenə də əsas Təhsil Nazirliyinin verəcəyi qərardan asılıdır. Amma düşünürəm ki, yoluxmada daha çox artımın olmaması üçün səhər saatlarında əvvəlki kimi 8-də, 9-a 20 dəqiqə işləmiş, 9-un yarısı dərslərin başlamasına getmək lazım deyil. Ən azı dərslər 9:00-da və yaxud 10:00-da başlamalıdır".

Qeyd edək ki, Azərbaycanda dərslər sentyabrın 15-də başlayacaq. İbtidai sinif şagirdləri (1-4) sentyabrın 15-dən etibarən ənənəvi tədris formalarına qayıdırlar. Ancaq onlar məktəbə həftədə 2-3 dəfə gedəcəklər.

5-9-cu sinif şagirdləri sentyabrın 15-dən etibarən onlayn formatda distant təhsilə başlayacaqlar. Lakin oktyabrın 1-dən etibarən onları əyani, ənənəvi təhsil formasına cəlb etmək məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün məktəblilər həftədə 2-3 dəfə təhsil müəssisələrinə gedəcəklər.

Yuxarı sinif şagirdləri (10-11 siniflər) də sentyabrın 15-dən distant təhsilə başlayacaqlar. Oktyabrın 15-dən etibarən onların əyani, ənənəvi təhsil formasına cəlb olunması məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün şagirdlər həftədə 2-3 dəfə təhsil müəssisələrində dərslərdə iştirak edəcəklər.

Təhsil müəssisələrinin bütün sinif şagirdləri üçün bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.

Təhməz Əsədov
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed