Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzi bu işləri görəcək

Dərsliklərin Müstəqil Monitorinqi  Mərkəzi bu işləri görəcək

AzEdu.az təhsil portalının nəzdində Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd dövlətin təhsil siyasətinə dəstək, dərsliklərdəki yanlışlıqların aradan qaldırılması və təhsil üçün faydalı işlər görməkdir.

Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzinin gələcək fəaliyyəti haqqında AzEdu.az Təhsil Portalının baş redaktoru Elmin Nuri Modern.az-a danışıb.

E.Nuri bildirib ki, ilk növbədə təhsil üzrə tanınmış mütəxəssislərlə, hazırda təhsil sahəsində məsul və rəhbər vəzifədə çalışan şəxslərlə, eləcə də dərslik müəllifləri olan insanlarla məsləhətləşmə aparılıb:

"Bəziləri ilə şəxsən görüşdük, bəzilərindən virtual olaraq məsləhətlər aldıq. Sonra düşündük ki, bu prosesi, ideya halında olan işi gerçəkləşdirməyə dəyər. İdeyanın təşəbbüsü AzEdu.az təhsil portalının direktoru Elşad Eyvazlıdan gəldi. Öncə qeyri-rəsmi, informasiya tərəfinin olmaması şərti ilə məşvərət-məsləhət xarakterli görüşlər keçirildi. Görüşlərdəki insanların zəruri təkliflərini və faydalı düşüncələrini aldıqdan sonra qərara gəldik ki, bu mərkəzi hərəkətə gətirmək zəruridir”.

Baş redaktorun sözlərinə görə, dərsliyin kökündə çox vacib məsələlər dayanır:

"Adətən, dərsliklərdəki problemlə bağlı danışıdıqda söyləyirik ki, hansısa çalışmada yanlışlığa yol verilib, haradasa hərf səhvi buraxılıb. Xeyr, bu dərslik xətası deyil, sadəcə, mexaniki səhvdir. Bizim əsas prinsipimiz məhz həmin məsələni bundan sonra gündəmdə saxlamaq, dövlətin təhsil siyasətinin, dərsliklərdəki vacib nöqsanların bir daha təkrarlanmamasının informasiya, vətəndaş cəmiyyəti olaraq həyata keçirilməsinə nail olmaqdır. Əsas məqsədimiz rəsmi qurumlara bu işdə yardımçı olmaq və vətəndaşları, təhsilverənləri, eləcə də təhsilalanları və onların valideynlərini bu istiqamatlərdə məlumatlandırmaqdır".

E.Nuri qeyd edib ki, ilk iş dərsliklərin ümumi monitorinqi olub:

"Nöqsanlar ümumiləşdirildi. Bundan sonrakı müddətdə əsas proses hər fənn üzrə monitorinqlərin aparılması, çatışmazlıqların üzə çıxarılması olacaq. Dərslik təhsilin əsas sütununu, bünövrəsini təşkil edir.

Bu gün dərsliyin necəliyi bizim təhsilin ümumi mənzərəsini özündə əks etidirir. Bugünkü dərslik proqramımız necədirsə, təhsilimizin də səviyyəsi elədir. Təhsil Nazirliyinin təsdiqlədiyi dərsliyin proqramı, DİM-in özünəməxsus qeyri-rəsmi proqramı ilə uyuşmadığı üçün, hətta ondan geri qaldığı üçün bizim təhsildə repetitor asılılığı öz sözünü deyir”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed