Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

“Azərbaycanda diaqnostik qiymətləndirmə nəticəsində hər hansısa bir işçinin işdən azad olunması nəzərdə tutulmayıb”.
BunuAPA-ya Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, bu vaxta kimi nazirlik tərəfindən yalnız müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Gələcəkdə müəllimlərin sertifikasiya və attestasiyası həyata keçirilə bilər: “Amma bununla bağlı hansısa konkret göstəriş yoxdur. Qiymətləndirmə nəticəsində müəllimlərin işdən çıxarılması nəzərdə tutulmayıb. Yalnız sertifikasiya və attestasiya nəticəsində işdən çıxarılma ilə bağlı qərarlar ola bilər”.

E. Bağırov əlavə edib ki, yeni tədris ilinin əvvəlindən diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərin inkişaf yönümlü təlimlərə cəlb olunması nəzərdə tutulub. Bununla bağlı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda xüsusi proqramların, layihələrin hazırlandığını deyən nazirlik rəsmisi vurğulayıb ki, ilkin olaraq, hansı kateqoriyadan olan müəllimlərin təlimlərə cəlb ediləcəyi müəyyənləşəcək.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__30891087

2015.12.dioqnastik qiym.-dən keçdik,daha sonra Bakıdan inkişaaf mərkəzi adı ilə bizə kurs keeçdilər(mart-apreldə).Sonra imtahan etdilər.Amma verdikləri vədlərinə də əməl etmədilər:kurs vəimtahan barədə heç bir sertifikat vermədilər.

Qonaq__30999232

Məktubunuzun mətnini buraya yazın..Diaqnostik qiymetlendirmenin heqiqi ders yukune tesiri var yoxsa yox.Xaiw edirem bu barede yazardiz. men bilirem T N nin bu haqda serancami yoxdu ki kimese nece saat ders verilsin.Bezi rayinlarda yalandan T N yinin adindan pecatsiz kagiz gosterilir ki bu emir nazirlikden gelib.Sen az bal toplamisan sene 2saat ders duwur.Bes

Qonaq__31009193

Muellim komekcileri bes?

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed