Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Təhsil Nazirliyi sentyabr ayından etibarən bütün müəllimlərin dərs bölgüsü prosesinə nəzarət həyata keçirəcək.
Milli.Az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resurları şöbəsinin müdir müavini Eşqi BağırovAPA-ya bildrib ki, yeni tədris ilindən ərazi maliyyə mərkəzləri tərəfindən dərs bölgüsü aparılarkən onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr nəzərə alınacaq. Onun sözlərinə görə, bu proses bölgünü aparmaq imkanı olan məktəblərdə həyata keçiriləcək: "Əgər bir məktəbdə 1 fənn müəllimi varsa, nəticə burada nəzərə alına bilməz. Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən də müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır".

Nazirlik rəsmisi qeyd edib ki, 2014-cü ildən etibarən keçirilən diaqnostik qiymətləndirmə həmişə könüllülük prinsiplərə əsaslanıb: "Heç vaxt müəllimin qiymətləndirməyə cəlb olunmasını məcburi etməmişik. Buna baxmayaraq istənilən qiymətləndirmədə davamiyyət 99%-dən aşağı düşməyib. Öz üzərində işləmək, nəticəsini artırmaq istəyən müəllimlər növbəti illərdə keçirilən diaqnostik qiymətləndirmədə iştirak edə bilər. Müəllimlər qiymətləndirmədə iştirak edərək yüksək nəticə göstərsələr, bu, növbəti dərs bölgüsündə nəzərə alına bilər".
Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__30891022

Salam.MənTəhsil Şöbəsində metodist işləyirəm.1983 cü ildən müəllim,2000-ci ildən Dərs yüküm saxlanılmaqla TovuzRTŞ-nə metodist təyin olmuşam."Baş müəllim"və "Qabaqcıl Təhsil İşcisiyəm"İndi metoddistlər dərs aparmayacaq deyilir Bu necə düzgündür.Metodist mayakdır,dərs aparmasa bildiklərinin 50 faizini itirməsi deməkdir.Bu struktur forması işlənib,sonra elan olunmalıdır..Mehman müəllim

Qonaq__30903731

Salam .Novbeti dioqnostik qiymetlendurme ne vaxtdir?

Qonaq__30918776

Maraqlı burasındadır ki diaqnostik qiymətləndirmə zamanı ilkin şərt olaraq 6 suala cavab verməlisən ki bütün artım həmin müəllimlərə şamil olunsun
Yaxşı olardıki əvvəlcədən qeyd olunsaydı kim daha yüksək nəticə göstərərsə dərs bölküsü zamanı üstünlük qazanmış olacaq.Axı əvvəlcədən bu deyilməmişdir.indi bi necə qaydadır.Əvvəlcədən qərar verərkən düşünmək lazım idi.

Qonaq__30947569

İxtisasdan 23 bal toplayan ibtidai sinif müəlliminə neçə saat dərs verilməlidir?

Qonaq__30999232

Məktubunuzun mətnini buraya yazın..Bes menim 40 illik stawaim hara gedir.Bes diplomum hara gedir .2saat dersle aile saxlamaq olar yoxsa dolanmaq olar .xaiw edirem mene cavab yazin.

Qonaq__31238503

Məktəbdə diaqnostik qiymətləndirmədən keçmiş informatika müəllimi varsa ibtidai siniflərdəki informatika dərsləri ona verilməlidirmi.

Qonaq__32428103

MƏN ixtisasca kimya -biologiya müəllimiyəm .HƏR 2DƏN Dərs aparmışam Amma 20 ildən çoxdu kimyanı tədris edirəm .2008 ci ildən məktəbdə psixoloq vəzifəsini və 12 saat kimya dərsi aparıram.Dq keçməyə icazə vermədilər İndi mənə dərs verməyiblər .Məktəbdədə cəmi 14 saat kimya dərsi vardı onuda vakanta veriblər Bunə dərəcədə doğrudur Xahiş edirəm məlumatverin

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed