Diaqnostik qiymətləndirmənin nəticəsi dərs bölgüsünə təsir edəcəkmi?

Diaqnostik qiymətləndirmənin nəticəsi dərs bölgüsünə təsir edəcəkmi?

Novator.az saytına orta məktəb müəllimlərinin birindən məktub daxil olub. Məktub müəllifi bildirir ki, işlədiyi məktəbdə diaqnostik qiymətləndirmədən 10-30 bal toplayan orta ixtisas təhsilli və ali təhsilli müəllimlərə 18-27 saat dərs yükü verilib. Həmin imtahandan 41 bal toplamasına baxmayaraq ona verilən dərs yükünün həcmi 18 saatdır. Məktub müəllifi diaqnostik qiymətləndirmədən keçən müəllimlərə topladığı bala uyğun dərs saatı ayrılmamasından şikayətlənir və bunun nə dərəcədə qanuni olduğunu öyrənmək istəyir.
Məktub müəllifi onu da qeyd edir ki, çalışdığı məktəbin direktoruna müraciət edib. Direktor bu məsələnin tənzimlənməsi haqda təhsil nazirinin hər hansı əmri olmadığını bildirib.
Novator.az-ın redaksiyası məsələ ilə bağlı Təhsil Nazirliyinin ictimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehova müraciət edib.
Cəsarət Valehov deyib ki, hansı müəllimə neçə saat dərsin verilməsi haqda həqiqətən də ümumi bir göstəriş yoxdur: “Bu məsələ xüsusi qaydada məktəblərin özündə nizamlanır. Yəni məsələ məktəb daxilində həllini tapır. Keçmişdə də belə olub.
Müəllimə dərs saatının verilməsi, dərs saatlarının bölgüsü məktəblərdə pedaqoji şuraların qərarı ilə həyata keçirilir. Əgər müraciət edən müəllimin etirazı varsa, problem pedaqoji şurada həllini tapmayıbsa, o, işlədiyi ərazi üzrə təhsil idarəsinə, paytaxtdadırsa Bakı Şəhər Təhsil İdarəsinə, rayondadırsa rayon təhsil idarəsinə müraciət edə bilər. Əlbəttə, o eyni zamanda Təhsil Nazirliyinə də müraciət edə bilər”.
Xatırladaq ki, ölkə prezidentinin 16 yanvar 2015-ci il sərəncamı ilə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub. Artımın hesablanması Nazirlər Kabinetinin 2016-cı il aprelin 1-dən qüvvəyə minənqərarınaəsasən aparılır.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__22437475

ƏYƏR MÜƏLLİMİN DƏRS YÜKÜ KÖHNƏ QAYDA İLƏ HESABLANACAQIYDISA,ONDA SUAL OLUNUR:BU İMTAHAN KİM VƏ NƏ ÜÇÜN KEÇİRİLDİ?!MÜƏLLİM ÖZ HAQQINI TƏLƏB ETMƏK ÜÇÜN NİYƏ GÖRƏ MÜXTƏLİF İSTANSİYALARA MÜRACİƏT EDİB VAXTINI SƏRF ETMƏLİDİR.NƏ ÜÇÜN MÜƏLLİMLƏRİN HÜQUQLARINI QORUYAN İŞLƏK BİR QANUN YOXDUR?!

Qonaq__24798518

Gu

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed