DİM builki buraxılış imtahanlarından 683 şagirdi azad edib - SİYAHI
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.
Bu barədə"Report"a DİM-dən məlumat verilib.
Bildirlib ki, 2022/2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış şəhər, rayon psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında tam (XI sinif) orta təhsil səviyyəsi üzrə 99 nəfər, ümumi (IX sinif) orta təhsil səviyyəsi üzrə 584 nəfər şagird Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarından azad edilib.
Buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı iləburadantanış olmaq mümkündür.