DİM-də coğrafiya fənni üzrə qiymətləndirmə vasitələrinə dair ilk məşğələ keçirilib

DİM-də coğrafiya fənni üzrə qiymətləndirmə vasitələrinə dair ilk məşğələ keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ilk məşğələsi keçirilib.

Bu barədəAzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı ölkəmizdə tətbiq edilən karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursu onlayn formatda keçirilib.

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqojiprofilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderator Nərminə Seyfullayeva müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu haqqında və qəbul imtahanında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin tipi, formaları və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimat edib.

Sonra moderator iştirakçılara ev tapşırığı verib. Ev tapşırıqları hazırlıq kursunun ikinci (praktik hissə) mərhələsinə aiddir. İştirakçılar bir ay müddətində ev tapşırıqlarını internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərməlidirlər. Hazırlıq kursunun sonuncu mərhələsi cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesidir (kalibrləmə). Bakı şəhərindən olan iştirakçılar bu prosesdən DİM-in akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında, regionlardan olanlar isə yaşadığı əraziyə yaxın DİM-in regional bölməsində keçməlidirlər.

Kursu başa vurmuş müdavimlərin şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil ediləcək və onlara sertifikat veriləcək. Sertifikat almış şəxslər gələcəkdə DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.

  • Paylaşmağı unutma

Səhr yaz

Ödənişsiz sınaq 1 Azərbaycan dili (Tahir Haşimi)
17. Avropada ən qədim dövlət. Qədim yunan şəhər-dövlətləri
İsmin quruluşca növləri
1.Azərbaycan dili sınaq 1
Present perfect (movzü sinagi)
6. Erkən və Orta Tunc dövrü
Pronomen
22. Dağ süxurları və minerallar
4. Mezolit - Orta Daş dövrü
Törəmənin tətbiqi ilə məsələ həlli
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed