DİM-də coğrafiya və riyaziyyat fənləri üzrə imtahan tapşırıqları müzakirə edilib

Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
DİM-dənAZƏRTAC-a bildirilib ki, iclaslarda sınaq imtahanında müvafiq fənlər üzrə istifadə olunmuş tapşırıqlar müzakirə edilib.
Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur. İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.