DİM informatika fənni üzrə vəsait hazırlayır

DİM informatika fənni üzrə vəsait hazırlayır

Dövlət İmtahan Mərkəzi 2023-cü ildə I ixtisas qrupu üzrə riyaziyyat-informatika altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərə müraciət edib.

Mərkəzdən"Report"a verilən məlumata görə, hazırda imtahana hazırlaşanlara metodik köməklik baxımından vəsait hazırlanır.

İşçi qrupunda göstərilən bölmələr üzrə yekun müzakirələr aparılır. Vəsaitin may ayında nəşr olunması nəzərdə tutulur. Vəsait aşağıdakı bölmələrdən ibarət olacaq:

1. İnformasiya və informasiya prosesləri

2. Say sistemləri

3. İnformasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi

4. Modelləşdirmə

5. Kompüterin aparat təminatı

6. Kompüterin proqram təminatı

7. Əməliyyat sistemi

8. Mətnlərin email

9. Elektron cədvəllər

10. Verilənlər bazası

11. Kompüter qrafikası

12. Alqoritm

13. Proqramlaşdırma

14. Kompüter şəbəkəsi

15. İnternet

16. Veb-proqramlaşdırma

17. İnformasiya təhlükəsizliyi

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2023-cü ildə I ixtisas qrupu üzrə riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər II mərhələdə fizika, riyaziyyat və informatika fənnindən imtahan verməlidirlər. DİM informatika fənni imtahanının proqramı və imtahan modelinin hazırlanmasına ötən ildən başlayıb. Materialların hazırlanması üçün işçi qrupu yaradılıb. İşçi qrupuna orta və ali təhsil müəssisələrinin müəllimləri, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri və dərslik müəllifləri daxildir. Hər həftənin birinci günü işçi qrupunun iclası keçirilir, müzakirələr aparılır. İşçi qrupu tərəfindən informatika fənni üzrə kurikulumun təlim nəticələrinə uyğun qəbul proqramı hazırlanıb. Proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının tələblərinin reallaşdırılması üçün verilmiş mövzular daxil edilib.

Abituriyentlər buproqraməsasında imtahana hazırlaşa bilərlər. İşçi qrupu tərəfindən həmçinin imtahan modeli hazırlanıb. İmtahan modelinə uyğun hazırlanmış tapşırıq nümunələri ilə isə bu keçidlərdə (Azərbaycanrusdillərində) tanış olmaq olar.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed