DİM Vətən müharibəsi şəhidlərinin məktəbli övladları ilə növbəti görüş təşkil edilib-FOTO

DİM Vətən müharibəsi şəhidlərinin məktəbli övladları ilə növbəti görüş təşkil edilib-FOTO

9 mart 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladlarının iştirakı ilə görüş keçirilib. Görüşdə 10 məktəbli iştirak edib.

AzEdu.azxəbər verir ki, görüşün iştirakçılarına DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri və otk.az saytı vasitəsilə keçirilən sınaq imtahanlarına ödənişsiz kuponlar hədiyyə edilib. İştirakçılara kuponların istifadə qaydaları və otk.az saytının “fənlər və siniflər üzrə sınaq imtahanları”, “IX və XI sinif şagirdləri üçün onlayn buraxılış imtahanları”, “siniflər üzrə interaktiv test kitabları”, “interaktiv test topluları” və digər xidmətləri haqqında məlumat verilib.

Bundan əlavə, iştirakçılara keyfiyyətli psixoloji dəstək xidmətləri göstərmək, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşünün genişləndirilməsinə töhfə vermək məqsədi ilə DİM tərəfindən yaradılane-psixoloq.azsaytı barəsində məlumat verilib. Təqdimatda saytın əsas fəaliyyət istiqamətləri olan onlayn konsultasiyalar, maarifləndirici materiallar, psixoloji testlər və peşələrin təsviri xidmətlərindən istifadə qaydaları izah edilib.

Məlumat üçün bildirək ki, Dövlət İmtahan MərkəziNaxçıvan, Gəncə, Bərdə, Tovuz və Şirvan, Lənkaran, Xaçmaz, Göyçay şəhərlərində analoji tədbirlər həyata keçirib və bundan sonra da bu istiqamətdə görüşlərin keçirilməsi davam etdiriləcək.

Xatırladaq ki, DİM ilə YAŞAT Fondu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. İmzalanan memorandumun əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və qazilərə mənəvi dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed