Diplomların tanınmasında ciddi yeniliklər - (Xaricdə oxuyanların nəzərinə)
Bu gündən etibarən nostrifikasiya prosedurundan keçmək üçün müraciət edən vətəndaşların təhsil sənədlərinə yalnız elektron formatda baxılacaq.
Bu barədə Trend-ə Təhsil Nazirliyindən (TN) məlumat evrilib.
Nazirlikdən bildirilib ki, həmin sənədlər elektron qaydada yükləndikdən sonra TN sənədlərin formal tələblərə cavab verib-vermədiyini müəyyənləşdirir. Düzgün formatda yüklənmiş sənədlər barədə "İcraata götürülmüşdür" qeydi yazılır.
Formal tələblərə cavab verməyən sənədlər rədd edilənlər bölməsinə atılır. Vətəndaşların qeyd edilənlər barədə məlumat alması, həmçinin sənədlərin icrasını izləməsi məqsədi ilə onlara verilmiş kodlar vasitəsi ilə mütəmadi hesablarını yoxlamaları tövsiyə olunur.
Milli.Az
Qonaq__14454206
formal telebler dedikde ne bawa duwulur