Diplomların tanınmasında nə problemlər ola bilər?

Diplomların tanınmasında nə problemlər ola bilər?

Xarici ölkələrin ali məktəbləri tərəfindən verilən diplomlarının tanınması ilə bağlı 2007-ci ildən bu günədək Təhsil Nazirliyinə 25 mindən çox müraciət daxil olub. Onların 70-75 faizi təsdiqlənib. Diplomların tanınmamasının əsas səbəbi təhsil alan şəxsin mövcud qaydalara uyğun normativ müddət tələblərinə cavab verməməsidir. Tanınmayan diplomlar arasında MDB ölkələri, o cümlədən Rusiya, Ukrayna və Gürcüstan ali məktəbləri tərəfindən verilən diplomlar çoxluq təşkil edir.
Bunu dekabrın 2-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Samir Vəliyev jurnalistlərə açıqlamasında deyib.
S.Vəliyev diqqətə çatdırıb ki, xarici ölkələrin ali məktəbləri tərəfindən verilmiş diplomların arasında da saxta olanları var. Ancaq Akkreditasiya və Nostrifikasiya İdarəsi saxta diplomların müəyyənləşdirilməsinə deyil, diplomların əldə olunmasının Azərbaycanın nostrifikasiya prosedurları ilə ziddiyyət təşkil edib-etməməsinə baxaraq tanınmasına qərar verir. Diplomların tanınmaması onların saxta olduğu anlamına gəlmir.
Mətləb Salahov

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__21054304

bərdə rayonunda diaqonistik qiymətləndirmə nə vaxt olacaq?

Qonaq__23207607

kurdemir

Qonaq__23299215

Diaqnostik qiymetlenmenin ehemiyyeti nedir

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed