Direktor olmaq istəyənlərin nəzərinə
Azərbaycanda orta məktəb direktoru işləyən və ya direktor olmaq istəyənlər üçün yeni elektron resurs istifadəyə veriləcək.
Bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Artıq iki ildir ki, Təhsil Nazirliyi tərəfindən direktor olmaq istəyənlər üçün təlimlərin keçirildiyini xatırladan nazirlik rəsmisinin sözlərinə görə, bu ilin oktyabr-noyabr aylarında elektron təlimlərin ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. Artıq bununla bağlı videoların bir hissəsi hazırdır.
E.Əmrullayevin sözlərinə görə, seçilmiş namizədlər üçün ənənəvi təlimlərin keçirilməsi davam etdiriləcək. Elektron təlimlər isə açıq olacaq. Bu təlimlər məcburi xarakter daşımayacaq: “Kim istəsə, bu resursdan onlayn qaydada istifadə edə biləcək. Bu təlimlər vasitəsilə müəllimlər, direktorlar özlərini daim yoxlaya biləcəklər. Direktor olmaq istəyən, yaxud direktor özü bu təlimlərə könüllü şəkildə öz imkanlarını yoxlamaq baxımından cəlb oluna bilər”.
Qonaq__11733139
Eger men müellime islememisemse yeni unini kecen il bitirmisem bir basa direktor ola bileremmi ?
Qonaq__12988871
Direktor olmaq ucun nece il is tecrubesi olmalidir?
Qonaq__13109813
Çox yaxwi layihedir
Qonaq__13112079
Bilmek olarnovbeti telimler ne vaxt olacaq
Qonaq__13046752
Qeydiyyatdan necə keçmək olar?
Qonaq__12789848
SECILMEMIS yeni teqdimat verilmeyen muellim nece direktor ola biler.Hansi sertler daxildir .meselen bakalovr tehsilliler 7 il isleyir
Qonaq__13124109
Men cox beyendim bu layiheni,axirki arzularimiz reallashir.
Qonaq__13124266
Mən direktor olmaq üçün kurslarda iştirak etmək istəyirəm. Zavuç stajı olmalıdır? Hara və nə vaxt müraciət edim?