Direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcək
Oktyabrın 1-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.
Bu barədə"Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Esse mərhələsi Bakı və Sumqayıt şəhərlərində keçiriləcək. Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Esse mərhələsində 1022 namizədin iştirakı nəzərdə tutulur.
Namizədlərhttps://miq.edu.az/direktorlar/qanun/esse.pdflinki vasitəsilə namizədin qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
Bu mərhələdə mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.