Distant təhsil diplomlarının tanınmasında ne problem var?

Distant təhsil diplomlarının tanınmasında ne problem var?

Distant təhsil nə deməkdir? Məsafəli təhsil (Distant) proqramı, təhsil müəssisələrinin, şagirdlərin tək başına təhsili reallaşdırmasına kömək etmək üçün müəyyən bir nizamda hazırladıqları dərs proqramı ilə həyata keçirilən işə verilən addır. Bu sistemdən istifadə etmək istəyən tələbələr faks, poçt və ya e-poçt kimi üsullarla şagirdlərə, ixtisaslı bir müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr edilir.Azərbaycanda bu üsulla təhsil alan tələbələr az deyil. Bəs onların diplomu necə, Təhsil Nazirliyi tərəfindən tanınırmı? Bu suala cavab tapmaq üçün Anadolu Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Gülər Qasımlının münasibətini öyrəndik:

- Mən 2014-cü ildə Türkiyənin Anadolu Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olmuşam. Təhsilimi distant formada alıram. Bu universitetə qəbul olanda xarici ölkələrin ali təhsil müəssisələrinədə distant formada təhsil alaraq məzun olmuş şəxslərin diplomlarının Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən nostrifikasiya edilə bilməməsi haqqında məlumatım var idi. Bu gün Anadolu Universitetini əyani təhsil alaraq və Türkiyədə yaşayaraq Anadolu Universitetində distant təhsil alaraq məzun olan şəxslərin diplomları Azərbaycan Təhsil Nazirliyi tərəfindən nostrifikasiya edilir, yəni tanınır. Mən özüm KİV-də çalışdığım üçün və Anadolu Universitetinin tələbəsi olduğuma görə bu məsələni müəyyən dərəcədə araşdırmışam. Bildiyiniz kimi, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 13–cü maddəsində 4 təhsil növü göstərilmişdir: əyani, qiyabi, sərbəst və distant təhsilalama formaları. (https://edu.gov.az/az/page/72/302 )

Yəni, 2009-cu ildən başlayaraq Azərbaycan qanunvericiliyində distant təhsil növü var və bu təhsilalma növü kimi müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 2003–cü il 13 may 64 saylı qərarı "Xarici dövlətlərin Ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" var ki, bu gün həmin qaydalara əsasən tənzimlənir. (https://www.mfa.gov.az/files/file/16_1.pdf)

Lakin gördüyümüz kimi, həmin qaydalar 2003-cü ildə hazırlanmışdır, distant təhsil isə qanunda öz əksini 2009–cu ildə tapmışdır. Buna görə də, bizdə bu gün distant formada məzun olmuşların diplomunun nostrifikasiya edilməsində hüquqi problem yoxdur. Təhsil Nazirliyi xarici ölkələrin ali təhsil müəssisələrinindən distant formada oxuyaraq məzun olmuş şəxslərin diplomlarının nostrifikasiya edilməsi məsləsində bir iradı ortaya qoya bilir ki, məzun təhsil aldığı müddətdə universitetin yerləşdiyi ölkəyə- (konkret olaraq burda Anadolu Universitetini nəzərədə tuturam) Türkiyə Respublikasının ərazisinə keçməyib. Bunu da, sərhəd xidmətindən müəyyən arayışlarla və ya həmin məzunun xarici pasportundakı ölkəni keçib-keçməməsi haqqında qeydlərə əsaslanaraq müəyyən edir.

Belə çıxır ki, Anadolu Universitetinin tələbəsi distant təhsil alirsa, tələbə olduğu müddətdə imtahan vaxtı sanki mütləq universitetin olduğu ölkəyə getməlidir. Bu da çox qəribə səslənir, çünki Türkiyə ərazisində Anadolu Universitetinin distant təhsil alan tələbələrinin hamısı, hətta Eskişehirdə yaşayanların belə universitetə gedib-gəlməsinə ehtiyac duyulmur. Universitet onlara da təhsili internet üzərindən verir, universitetin daxilində yalnız əyani təhsil alanlar auditoriyalarda canlı dərs alırlar. Bununla yanaşı, Anadolu Universiteti distant formada təhsil alanlar üçün, tələbələrinin yaşadığı ərazilərdə heç bir filial açmağa ehtiyac görmür, çünki bu distant təhsildir.

Türkiyənin 105 bölgəsində Anadolu Universitetinin tələbəsi var ki, onlara xidmət göstərən, universitetlə birbaşa əlaqə yaradan, texniki dəstək verən dayaq məntəqəsi yerləşir. Bu binada heç bir müəllim heyəti yoxdur, müfaviq təhsil proqramı yoxdur. Azərbaycanda da yerləşən bina tələbələrinə yalnız texniki xidmət göstərir. Bəzən mətbuatda yazılır ki, "Anadolu Universitetin Bakı filialının fəaliyyəti qanunsuzdur, Azərabycanda filialı var, lisenziya tələb olunur”. Bununla əlaqədər olaraq bildirmək istərdim ki, bəzi sahibkarlıq fəaliyyətinə xüsusi razılıq verilməsi siyahısında təhsil var, amma təhsil müəssisəsini fəaliyyətinə xüsusi lisenziya tələb olunur.

Umumiyyətlə, bu, bütün təhsil sahəsinə şamil edilmir, yəni Anadolu universiteti Azərbaycanda təhsil müəssisəsi kimi fəaliyyət göstərmir. "Təhsil haqqında" Qanunun müvafiq maddəsində göstərilir ki, Təhsil müəssisəsi, müvafiq təhsil proqramı olan və məzunlara dövlət sənədi verən bir təşkilatdır. Yəni, Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alıb məzun olanlara verilən diplomu da Azərbaycanda hanısısa bir idarə vermir ki, deyərlər, burda təhsil müəssiəsi var. Anadolu Universitetin Azərbaycanda heç bir filialı yoxdur və universitetin tələbələrinə texniki xidmət verən ofisin fəaliyyətini, təhsil müəssisəsinin fəaliyyəti ilə eyniləşdirmək olmaz, bunlar tamamilə fərqli bir hallardır. Texniki xidmət verən binada professor müəllim heyəti, lobaratoriyası, təhsil proqramı yoxdursa o təhsil müəssisəsi sayılmır və deməli lisenziyaya ehtiyac yoxdur.

Boloniya sisteminə üzv olan ölkələr var, Türkiyə bu sistemə 2005-ci ildə Azərbaycan isə 2010-cu ildən bu sistemə qoşulub və Boloniya sisteminə üzv olan ölkələr kimi Azərbaycan da öhdəlik götürüb ki, bu ölkələrin diplomlarının qarşılıqlı nostrifikasıyası məsələsi həyata keçirilməlidir. Buna görə də, distant formada təhsil alan tələbələrin diploma da nostrifikasiya olunmalıdır .

Dünyanın bütün inkişaf etmiş ölkələrində iki təhsil forması var- əyani və disant. Artıq bildiyimiz kimi, Azərbaycanda qiyabi təhsil növünü ləğv edib distant təhsilə keçmək üçün mexanizmlər hazırlanır. Hətta 2014–cü il 16 dekabrında Anadolu Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında qarşılıqlı əməkdaşlıq edilməsi üçün müqavilə imzalanmışdır. İqtisad Universiteti distant təhsilə keçməsi üçün Anadolu universitetinin 34 illik təcrübəsindən faydalanacaq.

Ümid edirik ki, Təhsil Nazirliyində diplomların tanınması ilə bağlı yaradılan süni əngəllərə son qoyulacaq, xarici universitetlərdən təhsil alanların hüquqları qorunacaq.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__15308035

yazini cox beyendim ve destekleyirem.

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed