Dövlət İmtahan Mərkəzində növbəti GRE: General Test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində növbəti GRE: General Test imtahanı keçirilib

Fevralın 4-də Dövlət İmtahan Mərkəzində (DİM) GRE: General Test imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

DİM-dənAzEdu.az-abildirilib ki, imtahanda 2 nəfər iştirak edib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti GRE General Test imtahanının martın 3-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatla DİM-in saytındakı link vasitəsilə tanış olmaq olar.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed