Dövlət qulluğuna qəbullunda müsahibə

Dövlət qulluğuna qəbullunda müsahibə

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla ümumilikdə 12 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (8 vəzifə) və B (257 vəzifə) növünə aid olan 265 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 2018-ci il 17 oktyabr tarixinə qədər davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər 17 oktyabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Dövlət Statistika Komitəsi (84 vəzifə) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:

Əmlak Məsələləri Dövlət Komitəsi (64 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 10, BB1 altqrupu üzrə 4, BB2 altqrupu üzrə 14, BB3 altqrupu üzrə 3, BB4 altqrupu üzrə 32 vəzifə

Səhiyyə Nazirliyi (17 vəzifə) – AB2 altqrupu üzrə 3, AC3 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 6, BA4 altqrupu üzrə 5, BB3 altqrupu üzrə 2 vəzifə

Maliyyə Nazirliyi (34 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 4, BB2 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 27 vəzifə

Gənclər və İdman Nazirliyi (28 vəzifə) - AC3 altqrupu üzrə 3, BB3 altqrupu üzrə 3, BB4 altqrupu üzrə 22 vəzifə

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (16 vəzifə) - AC4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 3, BB4 altqrupu üzrə 12 vəzifə

Dövlət Statistika Komitəsi (84 vəzifə) – BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 4, BB3 altqrupu üzrə 9, BB4 altqrupu üzrə 68 vəzifə

Tarif (qiymət) Şurasının Katibliyi BA4 altqrupu üzrə 1 vəzifə

Milli Televiziya və Radio Şurasında BA3 altqrupu üzrə 1 vəzifə

Xətai Rayon Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə

İmişli Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə

Göyçay Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə

Gəncə İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 265 vakant vəzifənin 3-ü AB, 5-i AC, 36-sı BA, 221-i isə BB vəzifə qrupuna aiddir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed