Dünya Bankı və UNEC əməkdaşlıq edəcək

Dünya Bankı və UNEC əməkdaşlıq edəcək

Dünya Bankının nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

UniversitetdənAZƏRTAC-a bildirilib ki, görüş “İqlim dəyişikliyi və inkişaf” missiyası çərçivəsində Dünya Bankının Azərbaycanla bağlı hesabatının hazırlanmasına UNEC-in dəstək olması məqsədilə keçirilib.

Görüşdə rektor Ədalət Muradov universitetin bu istiqamətdə əməkdaşlıq imkanlarından söz açıb. Rektor UNEC-in yaşıl enerji və dayanıqlı inkişaf, eləcə də bu sahə üzrə mütəxəssis hazırlığı istiqamətində hədəflərindən danışıb. O, UNEC-in yaşıl enerji ilə bağlı nüfuzlu beynəlxalq reytinqlərdə yer aldığını, “Erasmus+” proqramı üzrə ekoloji qrant layihəsinin qalibi olduğunu, Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzində ekoloji, yaşıl iqtisadiyyat və dayanıqlı inkişafla bağlı layihələrin reallaşdırıldığını bildirib.

Dünya Bankının aparıcı mütəxəssisi Andrea Liverani və baş iqtisadçı Arvind Nair bankın iqlim dəyişikliyi və dayanıqlı inkişaf istiqamətində Azərbaycan üzrə hesabatının hazırlandığını bildiriblər. Mütəxəssislər hesabatda iqlim dəyişikliyinin iqtisadi inkişafa təsirlərinin təhlil edildiyini diqqətə çatdırıb, bu istiqamətdə UNEC-lə əməkdaşlığın faydalı olacağını vurğulayıblar.

Görüşdə beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı həm ölkə üzrə, həm də regional data bazaların hazırlanması və yığılması istiqamətində UNEC-in mövcud imkanlarını açıqlayıb.

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Fariz Əhmədov iqlim dəyişikliyi və Qarabağın ekoloji bərpası ilə bağlı dövlət və özəl qurumların sifarişi əsasında magistrant və doktorantlar tərəfindən 200-dən çox tədqiqat işinin yerinə yetirildiyini bildirib. O, Qarabağda ermənilər tərəfindən ətraf mühitə dəyən ekoloji zərərlə bağlı Dünya Bankının təqdim etdiyi istiqamətlər üzrə tədqiqatların aparıla biləcəyini qeyd edib.

Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin rəhbəri Gülnar Mirzəyeva isə mərkəzin 5 əsas fəaliyyət istiqaməti, həyata keçirilən tədbirlər və UNEC-in qalib olduğu “Erasmus+” qrant layihəsi çərçivəsində görüləcək işlər barədə məlumat verib.

Sonra tərəflər arasında Azərbaycanın iqlim və inkişaf məqsədlərinə nail olması istiqamətində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Regional tədqiqat jurnalının yaradılması, yaşıl enerji və enerji iqtisadiyyatı sahəsində mütəxəssis hazırlığı, Nobel sülh mükafatçısı Məhəmməd Yunus adına Sosial Biznes Mərkəzində iqlim dəyişikliyi, eləcə də Qarabağın ekoloji bərpası və işğaldan azad olunmuş ərazilərdə yaşıl iqtisadiyyatın tətbiqi istiqamətində birgə tədqiqatların aparılması ilə bağlı təkliflər səsləndirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed