Əgər bir müəllim tədris etdiyi fəndən 0 bal alırsa, onda o hansı biliyi verə bilər? - DƏHŞƏTLİ STATİSTİKA

Əgər bir müəllim tədris etdiyi fəndən 0 bal alırsa, onda o hansı biliyi verə bilər? - DƏHŞƏTLİ STATİSTİKA

Bu il cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən 0 (sıfır) qiymət alıb.
Bu barədətəhsil eksperti Kamran ƏsədovPublika.az-a açıqlamasında deyib.
Ekspert rəqəmləri rayon təhsil şöbələrindən, rəsmi mənbələrdən əldə etdiyini bildirib.
Bu rayonlar üzrə nəticələrin çox aşağı olduğunu deyən ekspert paytaxtda da məlumatların ürəkaçan olmadığını qeyd edib: “2014-cü ildən bu vaxta qədər keçirilən imtahanlardan iştirak edən paytaxt məktəblərində çalışan müəllimlərin 15 faizinin tədris etdiyi fəndən anlayışı olmadığı müəyyən olunub. İmtahanda 60 sualdan 40-ı müəllimin tədris etdiyi fənn, 20-i metodikadandır. Ümumilikdə 6 suala cavab verən (10 faizdən yüksək nəticə göstərən) müəllim diaqnostik qiymətləndirmədən keçmiş hesab edilir. Bakıda müəllimlərdən 15 faizi öz fənnindən 4, metodikada 2 suala düzgün cavab verməyib. 60 faiz isə orta nəticə göstərib. Bu vaxta qədər keçirilən diaqnostik qiymətləndirmədə yalnız 3 müəllim maksimum nəticə göstərib. Görün övladlarımıza kimlər savad, bilik verir”.
Ekspertin fikrincə, imtahan suallarının çətinlik dərəcəsinin artırılmasını vacibdir: “Təklif edirəm ki, qısa müddət ərzində müəllimlərin ciddi şəkildə attestasiyası keçirilsin və bunu neytral bir qurum reallaşdırsın. Sadə suallar yox, normal səviyyədə olan suallar verilsin. Bundan sonra imtahandan keçən müəllimə dövlət qulluqçusu statusu vermək və əmək haqqını ciddi şəkildə qaldırmaq olar”.
Ekspertin açıqladığı rəqəmlərlə bağlı Təhsil Nazirliyinə ünvanladığımız sorğuya cavab gəldiyi an onu da yayacağıq.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__22779784

Kamran Əsıdov bu yanlış məlumatı haradan əldə edib bilmirəm-mən deyərdim bu iftira xarakterli bir məlumatdır.

Qonaq__23861440

"0" bəal toplayan müəllimin özü sakitcə ərizə verib
işdən getməlidir.Ya da indiyə qədər aldığı əmək haqqının müəyyən hissəsini geri qaytarmalıdır.

Qonaq__21940796

Əgər bu həqiqətdirsə getməyi məsləhətdir

Qonaq__23787073

Yaxşi olardi ki,muallimin maaşi verdiyi imtahan naticalarinə əsasən artirilsin.Onda butun muallimlar oz uzarinda işləyəcak.

Qonaq__23925774

Siz nazir olsaniz Mikayil muellimin isinin 20% ni gore bilmessiz. Kenardan baxana doyus asan gelir

Qonaq__27402358

HAR KAS TOPLADIGI BALA GORA MAAS ALMALIDIR ALBATDA 0 BAL TOPLAYANDA EYNI DARS BOLGUSU EYNI MAAS ALIR YUKSAK BAL TOPLAYAN MUALLIMLARDA HANI BAS DUZGUNLUK ADALAT

Qonaq__27402358

XAIS EDIRAM DUZGUN CAVAB YAZASINIZ MUQAVILA ISLAYAN MUALLIMLAR 30 BAL TOPLASA NECA OLACAQ HANSI GUZASTLAR GOZLANILIR

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed