Elm və təhsil naziri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

Elm və təhsil naziri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

Elm və təhsil naziri Emin Əmrullayev Saatlı, İmişli, Sabirabad və Beyləqan rayonlarının sakinlərini qəbul edib.

NazirlikdənAZƏRTAC-a bildirilib ki, qəbulda həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

  • Paylaşmağı unutma

Səhr yaz

......