Ən çox köçürmələr hansı rayonlarda olub - SİYAHI

Ən çox köçürmələr hansı rayonlarda olub - SİYAHI

2021-ci ildə buraxılış imtahanlarında və ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsində imtahan rəhbərləri tərəfindən fəaliyyəti qeyri-kafi və kafi qiymətləndirilən zal nəzarətçiləri sayının həmin rayon üzrə imtahanda iştirak edən nəzarətçilərin ümumi sayına nisbətinə görə Şərur (9,3%), Şəmkir (6,4%), Lerik (5,4%), Ağstafa (5,1%), Qobustan (5,1%), Ağcabədi (5,0%) və Tovuz (4,9%) rayonları mənfi mənada fərqlənirlər.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin keçirildiyi bəzi rayonlarda – Ağstafa (13,1%), Qazax (7,2%), Şəmkir (11,1%), Ağcabədi (7,5%), Cəlilabad (6,8%), Bərdə (4,7%), Şirvan (4,3%, Salyan (3,8%), Masallı (3,8%), Kürdəmir (3,1%) - köçürmə hallarına və digər təlimat pozuntularına digər rayonlara nisbətən daha çox yol verilmişdir.

Buraxılış imtahanlarının keçirildiyi rayonlar götürüldükdə isə köçürmə hallarına və digər təlimat pozuntularına ən çox Tərtər (2,8%), Şərur (2.3%), Qazax (1,9%), Qobustan (1,7%), Ağcabədi (1,6%), Ağstafa (1,4%), Salyan (1,3%), Yevlax (1,2%), Beyləqan (1,0%) rayonlarının nəzarətçilərinin iştirak etdiyi imtahanlarda rast gəlmək olur. Bunlardan köçürməyə və digər ciddi qayda pozuntularına yol verdiklərinə görə 141 nəzarətçi bazadan xaric edilmiş, digərlərinə xəbərdarlıq edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed