Ən yüksək nəticə göstərmiş müəllimlərin kimlərdir (onları tanımalıyıq).

"Azərbaycan müəllimi" qəzeti ən yüksək nəticə göstərmiş müəllimlərin siyahısını təqdim edib.

Ramiz KAZIMOV,
"Zəngi" liseyinin riyaziyyat müəllimi

Ən yüksək nəticə göstərmiş müəllimlərin kimlərdir (onları tanımalıyıq).

1965-ci ildə Sumqayıt şəhərində anadan olub. 1982-ci ildə Sumqayıt şəhəri 13 nömrəli tam orta məktəbi qızıl medalla bitirib.
Elə həmin ildə Moskva Dövlət Universitetinə daxil olub və 1987-ci ildə universitetin mexanika-riyaziyyat fakültəsini bitirib. R.Kazımov 1987-ci ildən 1992-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda fəaliyyət göstərib. 1993-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1992-ci ildə "Zəngi" liseyinin yaradıcılarından biri olub. Hazırda bu liseydə riyaziyyat müəllimi işləyir. Təhsil Nazirliyi tərəfindən keçirilən kurikulumla iş üzrə təlim kurslarında iştirak edib.
Şagirdləri hər il qəbul imtahanlarında yüksək nəticələr əldə edərək Azərbaycanın və xarici ölkələrin aparıcı ali təhsil müəssisələrinə daxil olurlar.
Dərs dediyi şagirdlərinin bir çoxu fənn olimpiadalarında və müsabiqələrdə uğurlu nəticələr qazanır.
Müəllimlərin sınaq qiymətləndirilməsində 100% nəticə göstərib.

* * *

Südabə MURADOVA,
Bakı şəhəri 220 nömrəli məktəb-liseyin kimya müəllimi

Ən yüksək nəticə göstərmiş müəllimlərin kimlərdir (onları tanımalıyıq). - 3
1972-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1989-cu ildə Bakıdakı 270 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub. 1994-cü ildə universiteti bitirib. 1994-1995-ci illərdə təyinatla Qobustan rayonu Dərəkənd orta məktəbində, 1995-1996-cı illərdə isə Hövsan qəsəbəsindəki 270 nömrəli tam orta məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərib. 1997-1998-ci illərdə Rusiya Federasiyası Komi Muxtar Respublikasının İnta şəhərində yerləşən Akademik Gimnaziyada kimya fənnini tədris edib. 2002-ci ildən Bakıdakı Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseydə çalışır. 2002-2004-cü illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd -Azərbaycan" MMC, İntel təşkilatı tərəfindən təşkil edilmiş təlim kurslarında iştirak edib. Yetirmələri fənn olimpiadalarında, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərib.
Sınaq qiymətləndirilməsində 95% nəticə göstərib.

* * *

Sevil MUSAYEVA,
Bakı şəhəri 53 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

Ən yüksək nəticə göstərmiş müəllimlərin kimlərdir (onları tanımalıyıq). - 4
1977-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Orta məktəb illərində ingilis dili olimpiadalarında iştirakedərək müxtəlif dərəcəli diplomlarla təltif olunub. 225 nömrəli məktəbi 1994-cü ildə bitirib və həmin il Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis-fransız bölməsinin filologiya fakültəsinə daxil olub. İnstitutu 1998-ci ildə bitirib. 2000-ci ildən Bakıdakı 53 nömrəli tam orta məktəbdə çalışır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd-Azərbaycan" MMC, "İntel" təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi kurslarında, Britaniya səfirliyi tərəfindən ingilis dili müəllimləri üçün keçirilən təlimlərdə iştirak edib.
O, habelə 2012-ci ilin dekabrında Bakı "Dünya" məktəbində ingilis treyner Deyvid Ritsonın apardığı treyninqin, kurikulumun tətbiqi üzrə kursların dinləyicisi olub. Şagirdlərinin çoxu ali məktəblərə qəbul imtahanlarında ingilis dilindən yüksək nəticələr əldə edir. Hazırda məktəbin xarici dil kafedrasının metodbirləşmə rəhbəridir.
Sınaq qiymətləndirilməsində 98,33% nəticə göstərib.

* * *

Gülşən MƏMMƏDOVA,
Bakı şəhəri 291 nömrəli "Araz" ekologiya liseyinin fizika müəllimi

Ən yüksək nəticə göstərmiş müəllimlərin kimlərdir (onları tanımalıyıq). - 5
1974-cü il iyunun 9-da Qərbi Azərbaycanın Kalinin rayonunda anadan olub. 1991-ci ildə Gürcüstan RespublikasıRustavi şəhərinin 20 nömrəli orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1996-cı ildə universiteti bitirib. 1997-ci ilin fevralından Bakı şəhərindəki 291 nömrəli "Araz" ekologiya liseyində fizika və astronomiya müəllimi vəzifəsində çalışır.
Liseydə işlədiyi müddətdə üç dəfə ixtisasartırma kurslarından keçib. "Mədəd-Azərbaycan", "İntel" - "Gələcək üçün Təhsil", "MİMİO XI İnteraktiv lövhə ilə tədris", "Microsoft Partners in Learning", kurikulum, yeni təlim texnologiyalarına əsaslanan innovativ təlim kurslarında iştirak edib.
Onun dərs dediyi şagirdlər hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərirlər. 2012-ci ilin aprel ayında G.Məmmədovanın rəhbərliyi ilə hazırlanmış "Günəş su qızdırıcısı" layihəsi 6-cı beynəlxalq İNEPO EUROASİYA layihə Olimpiadasında qalib gəlib və qızıl medala layiq görülüb.
Sınaq qiymətləndirməsində 98,33% nəticə göstərib.
* * *

Afət AXUNDOVA,
Bakı şəhəri 60 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Ən yüksək nəticə göstərmiş müəllimlərin kimlərdir (onları tanımalıyıq). - 6
1964-cü il martın 12-də Qazax rayonunda anadan olub. 1971-1981-ci illərdə orta təhsilini Bakı şəhərindəki 109nömrəli tam orta məktəbdə alıb. 1987-ci ildə Bakı Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirib.
1987-1995-ci illərdə Bakı şəhəri Təbiəti Mühafizə Cəmiyyətində lektor-metodist vəzifəsində işləyib.
Pedaqoji fəaliyyətə 2001-ci ildə başlayıb. Hazırda Bakı şəhəri Yasamal rayonu Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi vəzifəsində çalışır.
Yeni təlim metodları ilə işləyir, dərslərdə İKT-dən yaradıcı şəkildə istifadə edir. İxtisas bilik və bacarıqlarını daim artırmaq qayğısına qalan A.Axundova son illər kurikulum üzrə, İKT-nin tətbiqi ilə bağlı, eləcə də "İntel" - "Gələcək üçün təhsil" kurslarında iştirak edib və müvafiq sertifikatlar alıb.
Sınaq qiymətləndirilməsində 98,33% nəticə göstərib.

* * *

Gülbəniz ƏLİYEVA,
"Zəngi" liseyinin biologiya müəllimi

Ən yüksək nəticə göstərmiş müəllimlərin kimlərdir (onları tanımalıyıq). - 7
1974-cü il fevralın 22-də Naxçıvan şəhərində anadan olub. Orta məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BakıDövlət Universitetinə daxil olub. Sonra Naxçıvan Dövlət Universitetinə köçürülərək 1997-ci ildə universiteti bitirib.
2007-ci ildən "Zəngi" liseyində işləyir. Liseydəki "Kiçik Akademiya"nın fəaliyyətində yaxından iştirak edir. Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi, elektron jurnal, təhsil portalından istifadə, kurikulum kurslarında iştirak edərək I dərəcəli sertifikatlara layiq görülüb. Dərslərində şagirdlərin tədqiqatçılıq, intellektual və yaradıcılıq qabiliyyətlərinin inkişafına xüsusi diqqət yetirir. Yetirmələri respublika fənn olimpiadalarında uğurla iştirak edir və qalib yerlər tutur.
Sınaq qiymətləndirilməsində 100% nəticə göstərib.

* * *
Lalə ALIYEVA,
Bakı şəhəri 261 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi

Ən yüksək nəticə göstərmiş müəllimlərin kimlərdir (onları tanımalıyıq). - 8
1976-cı il martın 6-da Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri məktəb-lisey kompleksini əla qiymətlərlə bitirib. 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsindən məzun olub. Elə həmin ildən Bakıdakı 261 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi vəzifəsində çalışır. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif layihələrdə, təkmilləşdirmə, interaktiv təlim metodları və onların tətbiqi, İKT-nin təhsildə tətbiqi üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunmuş təlim kurslarında iştirak edib. Daim öz üzərində çalışaraq bilik və səriştəsini təkmilləşdirir, tez-tez "açıq dərs"lər verir.
Sınaq qiymətləndirilməsində 98,33% nəticə göstərib.

* * *

Mətanət EMİNOVA,
Bakı şəhəri 26 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Ən yüksək nəticə göstərmiş müəllimlərin kimlərdir (onları tanımalıyıq). - 9
1961-ci il sentyabrın 3-də Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə Şərur rayonu Aşağı Yaycı kənd orta məktəbini bitirib.1980-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub və 1984-cü ildə institutu bitirib. 1984-1993-cü illərdə Şərur rayonu Yuxarı Yaycı kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib. 1993-cü ildən Bakının Buzovna qəsəbəsindəki İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə çalışır.
Şagirdləri dəfələrlə bilik yarışlarında yüksək nəticələr əldə edib, fənn olimpiadalarının respublika turunda 1 və 2-ci yerlərə layiq görülüb, yüksək ballarla ali məktəblərə qəbul olurlar. İxtisasartırma, kurikulum, İKT, "Elektron jurnal" kurslarında olub.
Sınaq qiymətləndirilməsində 96,66% nəticə göstərib.

* * *

Zümrüd QULİYEVA,
Bakı şəhəri 188 nömrəli tam orta məktəbin tarix müəllimi

Ən yüksək nəticə göstərmiş müəllimlərin kimlərdir (onları tanımalıyıq). - 101987-ci il yanvarın 13-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində anadan olub. 1993-2004-cü illərdə Kürdəxanı qəsəbəsindəki H.Ağaverdiyev adına 113 nömrəli məktəbdə orta təhsil alıb. 2004-cü ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirərək Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 2008-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. 2009-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura pilləsində təhsil alıb. 2011-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək Bakıdakı 188 nömrəli tam orta məktəbdə işləmək hüququ qazanıb. 2014-cü ildə kurikulum kursunda iştirak edib. Sınaq qiymətləndirilməsində 98,33% nəticə göstərib.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__13299589

AFET AXUNDOVA men Qurbanova Aygun cografiya muellimesiyem BDU BITIRMISEM .SENINLE QURUR DUYDUM

Qonaq__13213445

Butun muellimlerle qurur duyuram .CEKILEN ZEHMET ITMIR.Uqurlar.1979-cu ilde H.Zerdabi adina Gence PI-nu bitirmisem.

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed