Ev tapşırıqları şagirdlərə verilməlidir yoxsa yox?

Ev tapşırıqları şagirdlərə verilməlidir yoxsa yox?

Azərbaycan Təhsil Nazirliyi adıçəkilən qurum tərəfindən ibtidai sinif şagirdlərinə ev tapşırıqlarının verilməsinə qadağa qoyulması barədə bəzi müəllimlərin söylədiyi fikirlərə aydınlıq gətirib.

Nazirlikdən Trend-ə bildirilib ki, ibtidai sinif şagirdləri üçün ev tapşırığının nəzərdə tutulmaması barədə göstəriş olmayıb və bu, pedaqoji-psixoloji cəhətdən düzgün sayıla bilməz: “Sadəcə olaraq, müəllimlərə, xüsusilə də ibtidai sinif müəllimlərinə tövsiyə olunur ki, şagirdlərə ev tapşırıqları verilərkən onların ağırlıq səviyyəsinə diqqət yetirsinlər, təlim materiallarının əsas hissəsinin sinifdə mənimsədilməsinə nail olsunlar. O da tövsiyə edilir ki, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir”.

Xatırladaq ki, artıq bəzi ibtidai sinif müəllimləri belə bir qadağanın qoyulduğunu əsas gətirərək ev tapşırıqlarının sayını xeyli azaldıblar, ibtidai sinifdə dərs keçən ingilis dili müəllimləri isə şagirdlərin dəftərlərinə yeni sözləri qeyd etmir, yeni sözləri yalnız dərs zamanı öyrətməklə kifayətlənirlər.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

frk

Bezi fenler olar meselen men tarix mellimi kimi deyirem ki tarix fenni muellim sizde danisib izah etmelidir amma mutleq evde oxunulmalidir tarix

Qonaq__14229696

Çətinini evə verirlər,asanını məktəbdə yerinə yetirirlər.

Qonaq__12919428

men sagird kimi raziyam

Qonaq__11850057

Bəli verilməlidir.

Qonaq__14269140

əlbəttə duzdur

Qonaq__12931570

beli raziyam

ARZU_ezli

yari yariya :)

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed