Evdə təhsil alan şagirdlərin sayı açıqlanıb

Azərbaycanda 1528 şagird evdə təhsil alır.
Bu barədə"Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari tədris ilində 1 617 932 şagird təhsilə cəlb edilib. 125 318 şagird məktəbəqədər təhsil, 6 653 şagird isə xüsusi təhsil alır. Habelə 1 528 şagird evdə təhsil alır, 207 nəfər isə inklüziv təhsilə cəlb edilib.
Ali təhsil bazasında 194 011 nəfər bakalavriat, 22 429 nəfər isə magistratura səviyyəsində təhsil alır.
