FAO və Macarıstan su ehtiyatlarının idarə olunması sahəsində təqaüd proqramını elan ediblər

FAO və Macarıstan su ehtiyatlarının idarə olunması sahəsində təqaüd proqramını elan ediblər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Macarıstan hökuməti tərəfindən elan olunan su ehtiyatlarının idarə olunması sahəsində magistr təqaüd proqramında iştirak üçün ərizələr qəbul edilir.

FAO-danAZƏRTAC-a verilən məlumata görə, Macarıstanın artıq 15 il ardıcıl sponsorluq etdiyi FAO təqaüd proqramı gənc mütəxəssislərə öz biliklərini artırmaq imkanı verir. Proqramda iştirak üçün seçilən tələbələr Budapeştdə, Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetində təhsil alacaqlar.

Təqaüd proqramına ərizənin qeydə alınması və təhsil, əsas tədris materiallarından istifadə, yataqxanada yaşama xərcləri, ölkədə qalma və tibbi sığorta xərcləri daxildir.

2023-cü ilin payızında başlayacaq təhsil proqramında iştirak üçün ərizələrin verilməsinin son müddəti 2023-cü il fevralın 28-dir.

FAO-Macarıstan təqaüd proqramından indiyədək xeyli gənc mütəxəssis faydalanıb. Onların bu proqram üzrə aldığı elmi dərəcələr həmin mütəxəssislər vətənə qayıtdıqdan sonra iş tapmalarına və karyera qurmalarına kömək olub. Onlar, həmçinin alim həmkarların qlobal peşəkar şəbəkəsinə əlçatanlığa nail olublar.

Qeyd edək ki, Azərbaycan vətəndaşları da bu təqaüd proqramında iştirak etmək hüququna malikdirlər.

Əlaqə:REU-Scholarship@fao.org

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed