“Fənlərin Dostluğu” Olimpiadaçıları mükafatlandırıldı

“Fənlərin Dostluğu” Olimpiadaçıları mükafatlandırıldı

Bakı şəhəri 6 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bu il altıncısı keçirilən Fənlərin Dostluğu Olimpiadasının (FDO) qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Tədbirin açılışın məktəbin 4-cü sinif şagirdi Selcan Sadıqovanın “Həmrəylik” şeir ilə olub. Daha sonra tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev çıxış edərək qonaqları salamladı. O, tədbir iştirakçılarına Fənlərin Dostluğu Olimpiadası haqqında geniş məlumat verib. Çıxışdan sonra əvvəlki Olimpiadaları özündə əks etdirən video rolik nümayiş olundu.

Layihənin ideya müəllifi, f.ü.f.d., dos Şəmil Sadiq çıxışında iştirakçıların Olimpiadanın mahiyyətini tam çatdırmaq məqsədi ilə nümunə kimi FDO-ya aid bir neçə test nümunəsi üzərində izahlar verdi.

6 nömrəli məktəbin direktoru Gülşən Orucova belə bir tədbirin onların məktəbində keçirilməsindən məmnun olduqlarını bildirib.

Təhsil Problemləri İnsitututunun direktor müavini Ənvər Abbasov da öz növbəsində Fənlərin Dostluğu Olimpiadasının təhsil sistemindəki yerindən bəhs edib. O, bu mənada FDO-nun yüksək əhəmiyyətə malik olduğunu vurğuladı.

Mükafatlandırmada qonaqlara Olimpiadanın 6-cı dəfə keçirilməsi münasibəti ilə “Hədəf” Nəşrlərində yeni işıq üzü görmüş “İnteqrativ testlər” kitabı hədiyyə olunub. Qeyd edək ki, kitabda 2010-2015-ci illər ərzində FDO-ya düşən bütün suallar, onların izahları və doğru cavabları, fənlərin inteqrasiyası haqqında məqalələr və Olimpiadanın tarixini əks etdirən fotolar yer almışdır. Nəşrin redaktoru f.ü.f.d., dos. Şəmil Sadiq, redaksiya heyəti isə 6 il müddətində FDO suallarını hazırlayan ekspert-müəllim heyətidir.

Təqdimatdan sonra çıxışlar davam etdi. Şair Elxan Zal çıxış edərək belə bir layihəni həyata keçirdikləri üçün “Hədəf” ailəsinə təşəkkürlərini bildirib.

Azərbaycan Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Vilayət Əliyev də Olimpiadanın davamlı olaraq keçirilməsinin vacibliyindən söz açdı.

Daha sonra Şəmil Sadiq və Qanun Ümmanın müəllifi olduqları “Fənlərin söhbəti” adlı musiqili şeir səhnəsi Hədəf Kurslarının müəllimləri – Məhəmməd Xankişiyev, Zöhrə Cəfərova və şagirdlər tərəfindən qonaqlar üçün nümayiş olundu.

Nümayişdən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi. 10-cu yerin sahibləri Biləsuvar rayonu, M. İbrahimov adına Liseyin şagirdi Rəhman Həsrətli və Sabunçu rayonu Bakıxanov qəsəbəsi, 72 nömrəli orta məktəbin şagirdi Yunis Məmmədliyə mükafatlarını şair Elxan Zal təqdim etdi.

9-cu yerə Xırdalan 3 nömrəli orta məktəbin şagirdi Vüsal Şahbazzadə layiq görüldü.

8-ci yerin qaliblərinə mükafatlarını Biləsuvar rayon M.İbrahimov adına məktəbin müəllimi təqdim edib. M.İbrahimov adına liseyin şagirdi Fail İmanov, Xəlil Ağayev, Murad Əzimli və Bakı Avropa Liseyinin şagirdi Sabir Tağızadə, Bakı Dəyanət liseyinin şagirdi Vüsal İsmayılov bu yerə layiq görülüb.

7-ci yerin qalibi Xırdalan şəhər 3 nömrəli məktəbin şagirdi Nəzrinn Dadaşova olub.

6-cı yerin qalibi Xırdalan şəhər 3 nömrəli məktəbin şagirdi Günay Şıxəliyeva seçilib.

5-ci yerə Laçın rayonu, Bozlu kənd orta məktəbinin şagirdi Leyla Əlizadə, Fizika, Riyaziyyat və İnformatika təmayüllü Liseyin 10-cu sinif şagirdi Eşqin Məmmədov və Biləsuvar rayonu, M.İbrahimov adına Liseyin şagirdi Zərifə Şahbazlı layiq görülüb.

4-cü yerin qalibi Bakı Dəyanət liseyinin şagirdi Fariz Qocayev oldu.

3-cü yerin qalibinə – Bakı Avropa Liseyinin şagirdi Leyla Məmmədzadəyə hədiyyəni Ənvər Abbasov təqdim etdi.

2-ci yerin qalibi Biləsuvar rayonu, M. İbrahimov adına Liseyin şagirdi Fidan Piriyeva isə hədiyyəsini Nizami Rayon Bələdiyyəsinin müavini Vüqar Tarquliyev təqdim edərək həmtəsisçisi olduğu “Hədəf” Kurslarının 2015-ci ildəki uğurları haqqında qonaqlara qısa məlumat verib.

1-ci yerin sahibi Xırdalan 5 nömrəli məktəbin 10-cu sinif şagirdi Jalə Məmmədova olub. Qalibin hədiyyəsini “İctimai” TV “Açıq Dərs” proqramının aparıcı Orxan Cabbarlı təqdim etdi.

Birinci yerin sahibinə, planşet “OYAL”dan xüsusi hədiyyə paketi, Hədəf kurslarında bir illik 100% güzəştlə təhsil alma imkanı, ikinci yerin sahibinə planşet, “OYAL”dan xüsusi hədiyyə paketi, Hədəf Kurslarında bir illik 75% güzəştli təhsil alma imkanı, üçüncü yerin sahibinə isə Ona planşet, “OYAL”dan xüsusi hədiyyə paketi, Hədəf Kurslarında bir illik 50% güzəştli təhsil alma imkanı təqdim edilib. Bununla yanaşı IV-X yerin sahibləri “OYAL”dan və “Kitabevim.az”dan hədiyyə paketi, Hədəf Kurslarında bir illik 30% güzəştli təhsil alma imkanı ilə mükafatlandırılıb.

Mükafatlandırılma mərasimindən sonra gənclərin ifasında musiqi səsləndirilib. Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, Olimpiadanın təşkilatçılarıTəhsil Problemləri İnstitutu,Azərbaycan UniversitetiHədəf Kurslarıdır.

Builki Olimpiadanın sponsorları“OYAL”,Medica Hospital,Kitabevim.azİstiqlal Tədris və Yaradıcılıq Mərkəzi; informasiya dəstəkçiləri isəSenet.az, “OTV” vəAzpress.azsaytlarıdır.

“Fənlərin Dostluğu” Olimpiadaçıları mükafatlandırıldı - 2

“Fənlərin Dostluğu” Olimpiadaçıları mükafatlandırıldı - 3

“Fənlərin Dostluğu” Olimpiadaçıları mükafatlandırıldı - 4

“Fənlərin Dostluğu” Olimpiadaçıları mükafatlandırıldı - 5

“Fənlərin Dostluğu” Olimpiadaçıları mükafatlandırıldı - 6

“Fənlərin Dostluğu” Olimpiadaçıları mükafatlandırıldı - 7

“Fənlərin Dostluğu” Olimpiadaçıları mükafatlandırıldı - 8

“Fənlərin Dostluğu” Olimpiadaçıları mükafatlandırıldı - 9

“Fənlərin Dostluğu” Olimpiadaçıları mükafatlandırıldı - 10

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed