Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı açıqlanıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı açıqlanıb

Fiziologiya və tibb üzrə 2022-ci ildə Nobel mükafatına İsveç alimi Svante Paabo layiq görülüb.

“Report”xəbər verir ki, məlumatı Nobel Mükafatı Komitəsi yayıb.

Bildirilib ki, o, insan təkamülünün genetik əsaslarını araşdırmasına görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, S.Paabo 1955-ci il aprelin 20-də İsveçin paytaxtı Stokholm şəhərində anadan olub. O, bioloq, genetikanın təkamülü üzrə mütəxəssisdir. S.Paabo İsveç Kral Akademiyasının, ABŞ Milli Elmlər Akademiyasının əcnəbi, Fransa Akademiyasının, London Kral Cəmiyyətinin üzvüdür.Atası biokimyaçı Suna Berqstryom 1982-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüb. Anası Karin Paabo eston əsilldir. S.Paabe ailəlidir, bir oğlu var.

Xatırladaq ki, mükafatAlfred Nobelin vəsiyyətinə əsasən altı sahə - kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə verilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed