Gəncədə İnteqrasiya təlimli internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb

Gəncədə İnteqrasiya təlimli internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb

Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb.

"Report"xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Ombudsmanın Milli Preventiv Qrupu (MPQ) tərəfindən Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. Başçəkmənin məqsədi müəssisədəki şəraitin və rəftar məsələlərinin araşdırılması, müəssisədə təhsil alan uşaqların hüquqlarının təmin olunması vəziyyətinin monitorinqi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən gimnaziyanın tibb, psixoloq, sinif otaqlarına, kitabxanaya, ərzaq və inventar anbarına, mətbəxə, yeməkxanaya, idman zalına baxış keçirilib, rəftar məsələlərinin araşdırılması məqsədilə təsadüfi seçim əsasında bu müəssisədə təhsil alan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə fərdi söhbətlər aparılmaqla mövcud vəziyyət öyrənilib.

Xüsusi təhsilə cəlb olunmuş uşaqlardan 15 nəfərində nitq qüsurları olmasına baxmayaraq, loqoped ştatının vakant olduğu, korreksiya və reabilitasiya kabinetlərinin mövcud olmadığı aşkar edilib. Gimnaziyada xüsusi təhsilə cəlb edilmiş uşaqların nitq və fiziki inkişafı baxımından həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed