Gənclərin peşə yönümlü sahələrə maraqlarının artırılması ilə bağlı layihəyə başlanılıb

Gənclərin peşə yönümlü sahələrə maraqlarının artırılması ilə bağlı layihəyə başlanılıb

Azərbaycanda gənclər arasında peşə təhsilinin təşviqi, ölkədə yaşayan gənclərin peşə təhsilinə cəlb olunması, gənclərin peşə yönümlü sahələrə maraqlarının artırılması və ölkəmizin kadr potensialına dəstək olmaq məqsədilə "Bacarıqların inkişaf etdirilməsi” layihəsinin icrasına başlanılıb.

Bu barədə"Report"a “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, “Gənc İstedadların İnkişafına Dəstək” İB tərəfindən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Xəzər və Suraxanı rayon Gənclər və İdman İdarələri ilə birgə təşkil edilən layihə çərçivəsində Sabunçu və Suraxanı Gənclər evlərində orta təhsil müəssisələrində şagirdlərə və digər təhsil müəssisələrində peşə təhsili haqqında geniş məlumatlar verilib, sahənin perspektivləri və mövcud vəziyyət haqqında interaktiv təlimlər keçirilib.

Həmçinin seçilmiş fəal iştirakçılar üçün ustad dərsləri,sərgilər təşkil olunub. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri tərəfindən gənclər peşə sahibləri və sənətkarlar ilə fikir mübadiləsi aparıblar.

Layihədə Suraxanı, Xəzər və Sabunçu rayonları üzrə ümumilikdə 300-dən çox məktəbli iştirak edib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed