Güclü küləklə bağlı Bakı məktəblərinin rəhbərlərinə tapşırıqlar verilib

Güclü küləklə bağlı Bakı məktəblərinin rəhbərlərinə tapşırıqlar verilib

Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər qeydə alınmayıb.

Bu barədə"Report"un sorğusuna cavab olaraq İdarədən bildirilib.

Qeyd olunub ki, müvafiq mütəxəssislər ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tövsiyələr verib: "Bu gün İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində davamiyyət normal olub. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".

  • Paylaşmağı unutma

Səhr yaz

......