Günəş fəallığının zəif olacağı gözlənilir

Günəş fəallığının zəif olacağı gözlənilir

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlanıb.

Bu barədəAZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, hazırda Günəşin səthində 11 aktiv ləkə qrupu müşahidə olunur. Kp indeksi 1-ə bərabərdir, geomaqnit sahə sakitdir.

Martın 13-dən 19-dək Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 90 faiz, M sinif 10 faiz, X sinif isə 1 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin sakit və həyəcanlaşmış səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürəti martın 14-də CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə artacağı proqnozlaşdırılır. Proqnoz dövrü ərzində geomaqnit sahənin sakit-aktiv səviyyələrdə olacağı, 14 martda isə digər müsbət qütblü CH HSS səbəbilə bir qədər aktivləşəcəyi gözlənilir. Martın 15-də G1 səviyyəli geomaqnit qasırğası, ayın 15-dən 19-dək isə geomaqnit sahənin sakit və stabil qalacağı proqnozlaşdırılır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed