Hansı rayonlar savadsızlıq siyahısına bu il başçılıq edir?
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bu il 9 və 11-ci siniflər üzrə keçirilən imtahanların nəticələrinə əsasən, 36 min şagird Ana dilindən, 42 mindən çox şagird Riyaziyyatdan "2" qiyməti alıb.
IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) "2", Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) "2" qiyməti alıb.
XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) "2", Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) "2" qiyməti alıb.
Milli.Az bildirir ki, TQDK-nın mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, məzunları Ana dili və Riyaziyyatdan ən çox "2" alan 5 şəhər və rayonların adları müəyyən edilib.
Belə ki, 9-cu siniflər üzrə Ana dilindən Cəlilabad, Kürdəmir, Sabirabad, İmişli, Yardımlı rayonlarının məzunları, Riyaziyyatdan isə Daşkəsən, Cəlilabad, Kürdəmir, Sabirabad, Tərtər rayonlarının məzunları "2" qiyməti alıblar.
11-ci siniflər üzrə Ana dilindən Sabirabad, Ağcəbədi, Daşkəsən, Kürdəmir, Ağsu rayonlarının məzunları, Riyaziyyatdan isə Sabirabad, Ağcəbədi, Daşkəsən, İmişli, Hacıqabul rayonlarının məzunları "2" qiyməti alıb.
Milli.Az
Qonaq__19025458
Salam.Yazib sizden xahis edirem ki bilmek isdeyirem uzurlu sebebden diaqnosdik qiymetlenmede isdirak ede bilmeyen muellimler ne vaxt istirak ede biler diaqnosdiq qiymetlenmede?.Gence seheri .
Qonaq__18592017
salam mən bilmək istəyirəm dioqnostik qiymətləndirmədən keçməyən rayonlarımız(müəllimlərimiz) nə zaman dioqnostik imtahandan keçiriləcəkdir.Siyəzən rayonu
Qonaq__19071866
salam.muellimlerin ise qebulu nece baldi
Qonaq__19108139
Bu siyahı nisyə siyahısınını böyük hərflərlə dükana asıb borcluları utandırmaq istəyən dükan sahibinin siyahısına oxşşayır. Bəlkə o rayonlarda və digər rayonlarda dərs deyən şagirdləri 2 alan müəllimlərində adını yazasınız.... bəlkə təhsilimiz nəsə əldə etdi.
Qonaq__20336307
salam bilmek isteyirem dioqnostik qiymetlendirmeden kecmeyen rayonlarimiz (muellimlerimiz) ne zaman dioqnostik imtahandan kececekler