Hər bir müəllimin bilməli olduğu DÜSTUR - Yarımillik qiymətlər belə hesablanır

Hər bir müəllimin bilməli olduğu DÜSTUR - Yarımillik qiymətlər belə hesablanır

Məktəbdaxili qiymətləndirmə şagird nailiyyətlərinin qiymətləndirilməsi (diaqnostik, formativ və summativ qiymətləndirmələr), kurikulum üzrə və ümumi təhsilin pillələri üzrə yekun qiymətləndirmədən (əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları) ibarətdir.

Şagird nailiyyətlərinin (monitorinqi) diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi) və summativ (yekun) qiymətləndirmə formalarında aparılır.

Bəs orta məktəblərdə şagirdlərin yarımillik qiymətləri necə hesablanır?

Şagirdlərin summativ qiymətləndirmə zamanı aldıqları qiymətlər nəticəsində yarımil qiymətləri, yarımil qiymətləri nəticəsində isə illik qiymətləri hesablanır.

Yarımillik qiymət kiçik summativ qiymətlər (KSQ) və yarımillik böyük summativ qiymətlərin (BSQ) hesabına aparılır. KSQ nəticələri 40%, BSQ nəticəsi isə 60% olmaqla aşağıdakı düstura əsasən yarımillik qiymət çıxarılır.

Yarımillik qiymətin hesablanması üçün düstur:

Y1 =s1+s2+...+sn/n * 40/100 + S1 * 60/100

s1, s2, sn- kiçik summativlər
n – yarımildə keçirilən kiçik summativlərin sayı
S1- I yarımildəki böyük summativ qiymətləndirmə
Y1– birinci yarımillik qiymət

*Kiçik summativlərdən orta qiymət çıxarılarkən yuvarlaqlaşdırma qaydası tətbiq edilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed