“Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” – elmi konfrans

“Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” – elmi konfrans

Dekabrın 5-də AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusunda elmi konfrans təşkil edilib.

AMEA-danAZƏRTAC-a bildirilib ki, konfrans Rəyasət Heyəti və AMEA Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda “Heydər Əliyev və Azərbaycan təbiəti”, “Heydər Əliyev və elm”, “Heydər Əliyev və Yeni Azərbaycan Partiyasının gender meyarları”, “Heydər Əliyev və ana dili” mövzusunda məruzələr dinlənilib. Bildirilib ki, ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillik dövründə elmimizin inkişafı məqsədilə bir sıra mühüm fərman və sərəncamlar imzalayıb, Azərbaycan elmi daim onun diqqət mərkəzində olub. Ulu Öndərin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxış edənlər qadın alimlərimizin ətraf mühitin qorunması, ekoloji və bioloji təhlükəsizliyin təmin edilməsi də daxil olmaqla bütün istiqamətlərdə Ümummilli Liderin əsasını qoyduğu və ölkə Prezidentinin uğurla davam və inkişaf etdirdiyi siyasi kursu tam dəstəklədiklərini bildiriblər. Diqqətə çatdırılıb ki, akademiyanın alimlərinin əsas vəzifəsi müstəqil Azərbaycan dövlətinin müəyyən etdiyi siyasi xəttin, formalaşdırdığı ideologiyanın və seçdiyi hədəflərin inkişaf etdirilməsinə elmin dəstəyini təmin etməkdən ibarətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed