“Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü hazırlanıb

“Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü hazırlanıb

AMEA-nın Rəyasət Heyətinin iclasında “Heydər Əliyev Ensiklopediyası”nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanmış 820 sözü əhatə edən sözlüyü də müzakirə edilib.

Bu barədəAZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, mövzu ilə əlaqədar çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu günlərdə “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Tədbirlər Planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirənin keçirildiyini xatırladıb. Vurğulayıb ki, AMEA miqyasında “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı”na müvafiq olaraq 2023-2024-cü illər ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması istiqamətində tədbirlər həyata keçirilir.

Təqdim edilən sözlüyün əlavə və düzəlişlərlə təkmilləşdirilməsi üçün müvafiq komissiya yaradılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed