Humanitar elmdə Azərbaycan qadını - elmi seminar

Humanitar elmdə Azərbaycan qadını - elmi seminar

Fevralın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Qadınlar Şurasının Folklor İnstitutu Qadınlar Şurası ilə birlikdə təşkil etdiyi “Humanitar elmdə Azərbaycan qadını” adlı ictimai-elmi seminar keçirilib.

Bu barədəAZƏRTAC-a Dilçilik İnstitutundan məlumat verilib. Tədbiri açan Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli Azərbaycan qadınının cəmiyyətdə rolunu qeyd edib, qadınların Azərbaycan elmindəki uğurlarından söz açıb.

Tədbirdə “Qarabağın qadın şairləri”, “Azərbaycanın maarifçi qadınları”, “İlkə imza atmış azərbaycanlı qadınlar”, “İlk qadın dilçi alimlər” mövzularında məruzələr dinlənilib.

Məruzəçilər qeyd ediblər ki, XIX əsrin sonlarından başlanan maarifçilik hərəkatını genişləndirmək üçün Azərbaycan qadınları üzərinə düşən vəzifələri doğru dərk edərək böyük xidmətlər göstəriblər. Bu dövrdə Azərbaycanın tərəqqipərvər qadınları - Məryəm xanım Bayraməlibəyova Lənkəranda, Gövhər Şövqiyyə Şamaxıda, Nazlı Tahirova Naxçıvanda, Maral Nəbizadə Şəkidə, Bülbül Kazımova Gədəbəydə, Yaqut Ağayeva, Fərdmuş Paşayeva Gəncədə, Səidə Şeyxzadə, Sara Vəzirova, Hənifə Məlikova, Qərib Soltan, Zərri Şahtaxtinskaya, Rəhilə Hacıbababəyova və başqaları Bakıda xalq maarifinin inkişafına töhfələr veriblər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed