I qrupda daha bir abituriyent maksimum bal topladı- 400 bal yığanların sayı 11 OLDU

I qrupda daha bir abituriyent maksimum bal topladı- 400 bal yığanların sayı 11 OLDU

I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edən daha bir abituriyent maksimum nəticə göstərib.

Belə ki, cavab kartında kodlaşdırma zamanı texniki səhvə yol verən abituriyentin Apellyasiya komissiyasına müraciəti nəzərə alınıb, nəticədə qəbul göstərici 400 bal hesablanıb.

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar XanlarzadəAzEdu.az-a açıqlamasında məlumatı təsdiqləyib:

“Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu sual kitabçasındakı bir tapşırığın düzgün cavabını cavab kartına kodlaşdırarkən texniki səhvə yol verib. Həmin abituriyent tapşırığın düzgün cavabını (40) müvafiq xanalara yazdıqdan sonra, həmin xananın altında uyğun rəqəmləri (dörd və sıfır) qaralayarkən “0”-ın altında əlavə olaraq “.” (onluq kəsri göstərən nöqtə) xanasını da qaralayıb. Abituriyent eyni sütunda iki dairə (“0” və “.”) qaraladığı üçün optik oxuyucu qurğu avtomatik olaraq həmin cavabı səhv kimi qeydə alıb. İmtahan nəticələri elan olunduqdan sonra isə abituriyent etdiyi texniki səhvlə bağlı Apellyasiya komissiyasına müraciət edib və səhvinin nəzərə alınmasını xahiş edib. Komissiya üzvləri abituriyentin müraciətinə baxıb və onun əvvəlcədən hər hansı aldadıcı niyyətinin olmadığı, həmçinin həmin xanalarda əlavə nəsə yazıb-pozma, düzəliş və s. kimi qeydlərin edilmədiyi və səhvin həll səhvi deyil, kodlaşdırma səhvi olduğu üçün müsbət qərar verib. Beləliklə, həmin abituriyent də I ixtisas qrupu üzrə qəbul imtahanının II mərhələsində maksimal olan 400 bal toplayıb. Bir daha abituriyentlərə cavab kartını doldurarkən diqqətli olmalarını tövsiyə edirik”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed