İbtidai sinif müəllimləri imtahanlarda köçürməyə şərait yaradıblar..

İbtidai sinif müəllimləri imtahanlarda köçürməyə şərait yaradıblar..

Cəlb edildiyi imtahanlarda dəfələrlə heç bir üzrlü səbəb olmadan iştirak etməyən 133 nəzarətçi də bazadan xaric edilib.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin qəbul imtahanının II mərhələsində əsasən tarix, coğrafiya, xarici dillər və ibtidai sinif müəllimləri, buraxılış imtahanlarında isə fizika, əmək və ibtidai sinif müəllimləri köçürməyə daha çox şərait yaradıblar. İbtidai sinif müəllimləri həm keçən il, həm də cari ildə qəbul və buraxılış imtahanlarında köçürməyə daha çox şərait yaradıblar.

Qəbul imtahanlarında Azərbaycan dili və ədəbiyyat müəllimlərinin keçən ildən başlayaraq daha az köçürməyə yol verdikləri müşahidə olunur. Lakin tarix, ingilis dili (və digər xarici dillər) və ibtidai sinif müəllimlərinin daha çox köçürməyə yol verdiklərinə dair tendensiya davam edir. Tarix və ibtidai sinif müəllimləri buraxılış imtahanlarında da daha çox köçürməyə yol verən nəzarətçilər arasındadır. Bu nəticələrə görə demək olar ki, riyaziyyat, fizika, biologiya və coğrafiya müəllimləri imtahan zallarını daha yaxşı idarə edirlər. Azərbaycan dili və ədəbiyyat və idman müəllimlərinin son illərdəki nəticələrinin yaxşılaşmasını bazaya bu ixtisas üzrə yeni nəzarətçilərin götürülməməsi və cari bazada ən bacarıqlı nəzarətçilərin qalması ilə izah etmək olar

  • Paylaşmağı unutma

Səhr yaz

......