ICESCO-nun Baş direktoru: Sosial ədalət keyfiyyətli təhsilin mühüm amilidir

ICESCO-nun Baş direktoru: Sosial ədalət keyfiyyətli təhsilin mühüm amilidir

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Malik bəyan edib ki, ədalət prinsipi sabitliyin və bütün sosial uğurların əsası, inkişafın sirri və bəşəriyyətin tərəqqi vasitəsidir. Bu faktor, həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal ədalətə nail olunması, elmi nailiyyətlərin qazanılması, sağlam cəmiyyətlər və bəşəriyyət üçün daha parlaq gələcək qurulmasının zəruri şərtidir.

Təşkilatın baş ofisindəAZƏRTAC-a bildiriblər ki, Baş direktor Sosial Ədalət üzrə 7-ci Beynəlxalq Parlament Forumunun açılış mərasimində çıxışında inklüziv təhsilin və insan kapitalının sosial ədalət prinsipi ilə üzvi şəkildə bağlı olduğunu deyib. O bildirib ki, bu prinsipə əməl olunması cəmiyyəti bəşəriyyətin əziyyət çəkdiyi sosial ədalətsizlikdən, o cümlədən təcrid, məhrumiyyət və marginallaşmadan xilas etməlidir. S.Əl-Malik vurğulayıb ki, sosial ədalətsizlik qloballaşma, texnologiya və dünya üzrə demoqrafik transformasiyaların səbəb olduğu iqtisadi bərabərsizlikdən irəli gəlir.

Baş direktorun sözlərinə görə, təhsilin ictimai tərbiyənin beşiyi olduğunu nəzərə alsaq, təhsil müəssisələri səviyyəsində ədalətin bərqərar olunmasında əldə olunan uğurlar digər sahələrdə ədalətin bərpasını təmin edəcək. O, təhsildə sosial fərqlərin aradan qaldırılması üçün daha çox səy göstərməyə, qızların təhsilinə maksimum dərəcədə diqqət yetirməyə çağırıb. “Onların ictimai həyata fəal cəlb edilməsi, gələcək üçün adekvat planlaşdırma, həmçinin təhsil prosesinin müasir tələblərə uyğun təşkili əmək bazarının ehtiyaclarını ödəmək baxımından da böyük əhəmiyyət kəsb edir”, -deyə ICESCO-nun rəhbəri vurğulayıb.

S.Əl-Malik qeyd edib ki, süni intellekt tətbiqləri və əməliyyatların rəqəmsallaşdırılması həyat üçün zəruridir və bunları nəzərə alaraq, rəqəmsal ədalətə nail olmaq da təhsilin keyfiyyətini artırmağa kömək edəcək. O vurğulayıb: “ICESCO özünün yeni baxışı və strateji istiqamətləri çərçivəsində təhsil sahəsində sosial ədalət dəyərlərini “Bizim istədiyimiz icmalar” təşəbbüsü çərçivəsində müdafiə edir. İslam sivilizasiyasının ən parlaq dövründə səciyyəvi olan tolerantlıq cəmiyyətini xilas etmək məqsədilə sosial ədalətsizliyin toxumlarını daşıyan fərqlərdən qurtulmaq bizim əsas məqsədimizdir”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed