İctimai Şura üzvləri ilə sertifikatlaşdırma prosesi müzakirə edilib

İctimai Şura üzvləri ilə sertifikatlaşdırma prosesi müzakirə edilib

Mayın 13-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasınınüzvləri iləTəhsil Nazirliyi yanında İctimaiŞuranın üzvləri arasında görüş keçirilib.

AzEdu.azxəbər verir ki, Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının sədri, təhsil nazirinin müavini Muxtar Məmmədov sertifikatlaşdırma prosesininmahiyyəti və məqsədi barədə fikirlərini bölüşərək, prosesin təhsilverənlərin peşəkar inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıb. Muxtar Məmmədov sözügedən prosesə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunacağı barədə məlumat verib.

Sertifikatlaşdırma prosesinin uzunmüddətli hədəflərinin olduğunu bildirən nazir müavini sertifikatlaşdırmanın təhsilverənlər üçün özunüinkişaf aləti olmasını, nəticələrin təhsil sisteminə böyük töhfələr verəcəyini qeyd edib.

Daha sonra Təhsil Nazirliyi yanında İctimaiŞuranın üzvləri tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı ictimaiyyətarasında düzgünkommunikasiyanın qurulmasına dair məsələlərmüzakirə olunub.

GörüşdəİctimaiŞuraüzvlərininrəy və təklifləri dinlənilib, çoxsaylı sualları cavablandırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed