İƏT-in Baş katibi “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə təşkilata üzv dövlətlərə müraciət edib

İƏT-in Baş katibi “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə təşkilata üzv dövlətlərə müraciət edib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha fevralın 11-də qeyd olunan “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə təşkilata üzv dövlətlərə müraciət edib.

AZƏRTACİƏT-in Baş katibliyinə istinadla xəbər verir ki, Baş katib İƏT-ə üzv dövlətləri və təşkilatın müvafiq qurumlarını insan hüquqlarının təmin edilməsində səyləri gücləndirməyə çağırıb. O vurğulayıb ki, bunun mühüm tərkib hissəsi kimi, İslam ölkələrində qadınların və qızların elm və texnologiya sahəsində daha fəal iştirakını təmin etmək vacib amildir. Bu məqsədlə beynəlxalq əməkdaşlığı gücləndirmək, elm və texnologiya sahəsində qadın və qızların hüquqları haqqında məlumatlılığı artırmaq lazımdır.

Müraciətdə vurğulanıb ki, İƏT-in 2018-ci ilin dekabrında Burkina-Fasonun Uaqaduqu şəhərində keçirilmiş Qadınlar üzrə 8-ci Nazirlər Konfransında qadınlar və qızlar üçün Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM) təhsilini təşviq edən qətnamə qəbul edilib. Qətnamə üzv dövlətləri qadınların təhsili ilə əmək bazarının tələbləri arasında körpü yaratmaq məqsədilə onlar üçün STEM proqramları təklif etmək istiqamətində qanunvericilik və icraedici tədbirlər görməyə çağırıb və bu sahədə əməkdaşlıq və koordinasiyaya dəvət edib.

Baş katib sonda qeyd edib ki, bu gün qadınların və qızların elmə tam və bərabər çıxışını və iştirakını təşviq etmək məqsədilə sözügedən qətnamənin tam icrası zəruridir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed