II Bakı Elm Olimpiadasının birinci mərhələsi keçirilib

II Bakı Elm Olimpiadasının birinci mərhələsi keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fevralın 18-də paytaxt məktəblərinin şagirdləri arasında II Bakı Elm Olimpiadasının birinci mərhələsi keçirilib.

Bu barədəAZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, paytaxtdakı 18 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadada 1000-ə yaxın şagird iştirak edib. Komanda şəklində yarışan VIII və IX sinif şagirdləri 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetiriblər. Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II (final) mərhələsində iştirak üçün vəsiqə qazanacaq. BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə bilik yarışının gedişini izləyib.

Qeyd edək ki, BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed